Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yeni çağırışların işığında” kitabı nəşr edilib

“Yeni çağırışların işığında” kitabı nəşr edilib Bakı, 1 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin analitik informasiya sektorunun müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin müəllifi olduğu “Yeni çağırışların işığında” kitabı nəşr olunub.

AZƏRTAC xəbər verir ki, 352 səhifəlik kitabda beynəlxalq münasibətlərdə, geosiyasətdə və iqtisadi inkişafda müasir baxışlar və yeni çağırışlar məsələsi Azərbaycanın dövlətçilik maraqları və dünya siyasətində gedən proseslərin fonunda təqdim olunur.

Kitabda toplanan məqalələr, icmallar və analitik yazılar “Azərbaycan reallıqları”, “Beynəlxalq münasibətlər”, “Geosiyasət”, “Sivilizasiya” və “İqtisadi əlaqələr” bölmələrində müvafiq mövzular üzrə qruplaşdırılıb.

“Azərbaycan reallıqları” bölməsində yer almış altı məqalədə multikulturalizm, mədəniyyətlərarası dialoq, yeni çağırışlar, yeni əməkdaşlıq formatı və s. kimi məsələlərdən bəhs olunur. Qeyd edilir ki, “İnkişafın Azərbaycan modeli”ni dünyaya təqdim edən ölkəmiz öz potensial imkanlarına söykənir və buna görə də Azərbaycan cəmiyyətində süni formalaşdırılmış yad modellər deyil, milli məfkurə hakimdir.

Milli ideyanın hər bir dövlətin, xalqın konkret zaman və məkan şəraitində qarşıya qoyduğu hədəflərə xidmət etməli olduğunu vurğulayan müəllif bildirir ki, Azərbaycan cəmiyyətinin bütün sahələrində bu mərhələnin öz hədəfləri və vəzifələrinin müəyyənləşdirildiyi yeni epoxa başlanıb. Dünyada mövcud şəraiti dəyərləndirib elmi təhlillərlə paralellər və müqayisələr aparan müəllif beynəlxalq təcrübədən yaradıcı şəkildə yararlanmağın zəruriliyinə nəzər yetirir, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının böyük tarixi əhəmiyyətinə nəzər salır.

Beynəlxalq münasibətlər mövzusunda daha geniş söhbət açan Ə.Həbibbəyli Böyük Orta Şərq layihəsi, beynəlxalq siyasətin mühüm amili hesab olunan Rokfeller ailəsi, beynəlxalq münasibətlər sistemində arxaizm, yeni geoiqtisadi təsir aləti kimi xarici yardım, dünya media monopoliyası haqqında oxuculara dəyərli və sistemli biliklər verir. Xüsusilə kitabda Azərbaycan üçün böyük maraq kəsb edən, müasir hadisələrin fonunda Yaxın Şərqdə ermənilərin mövqeyi, ABŞ-ın Cənubi Qafqazda prioritetləri, həmçinin ermənilərin Qafqazda dominantlıq xülyası kimi məsələlərin elmi-siyasi şərhinə xüsusi nəzər yetirilir.

Əsərin “Geosiyasət” bölməsində diplomatiyanın “Məbəd düyünü”, islamofobiya, Soros Fondu, su diplomatiyası və sair barədə real faktlara əsaslanan, geniş oxucu auditoriyası üçün böyük maraq kəsb edən təhlil və icmal yazılarına da yer ayrılıb. Təqdim edilən məqalələr müasir geosiyasət haqqında sistemli bir elmi təsəvvür yaradır.

Ə.Həbibbəyli “Türk sivilizasiyasının vətəni - Böyük çöl”, “Sivilizasiya anlayışı: dəyərlər və meyarlar”, “Altay nəzəriyyəsinin gizlinləri”, “Sivilizasiyaların kəsişməsində Afrika” kimi məqalələrdə isə ulu türk dünyasına, İslam arealına tarixi, iqtisadi, beynəlxalq münasibətlər baxımından ekskurs edir. Müəllif türk sivilizasiyası və onun landşaftla əlaqəsini tədqiq edərək bu sivilizasiyanın müstəqil bir mədəni tip olduğunu və öz təbii-coğrafi landşaftı daxilində yaşaya bilməsi konsepsiyasını müvəffəqiyyətlə irəli sürür.

Kitabın “Sivilizasiya” bölməsinə daxil edilmiş yeni məqalələr müəllifin bundan əvvəl Azərbaycanda və Türkiyədə çap olunmuş “Sivilizasiyaların qovşağında Türk dünyası” adlı monoqrafiyasında qaldırılmış elmi müddəaların daha da genişləndirilməsinə xidmət edir.

Əsərin “İqtisadi əlaqələr” bölməsində Azərbaycan-Böyük Britaniya əlaqələrinin fonunda Azərbaycanda neft siyasətinin həyata keçirilməsi sahəsində əldə edilmiş mühüm nəticələrdən bəhs olunur. Ə.Həbibbəyli, həmçinin bu bölmədə qlobal iqtisadi böhranın dünyada doğurduğu gərginliklərin mahiyyətini açmağa çalışıb, Azərbaycan təcrübəsinin özünəməxsusluğunu və üstünlüklərini diqqət mərkəzinə çəkib.

Dərin elmi mülahizələrə, əhatəli analitik təhlillərə geniş yer verilən kitabda Ə.Həbibbəylinin diqqətə çatdırılan yeni dünya çağırışlarına real və dərin nəzəri-siyasi yanaşma tərzi müşahidə olunur.

Kitabda dünyanın müxtəlif coğrafi məkanlarında baş verən qlobal proseslərə dəyərli elmi baxışlar çərçivəsində nüfuz olunur ki, bunun da nəticəsində elmi və siyasi cəhətdən əsaslandırılmış sanballı analitik düşüncələr və obyektiv nəticələr meydana qoyulur.

“Yeni çağırışların işığında” əsəri beynəlxalq münasibətlər üzrə mütəxəssislər, politoloqlar, tarixçilər və iqtisadçılar, media işçiləri üçün qiymətli mənbə olduğu kimi, geniş oxucu auditoriyasının da böyük maraqla qarşılayacağı cəlbedici nəşrdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb

Renat Dadaşov Litva ilə matçda da oynamayacaq

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO

Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda pul bazası artıb

Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib

AQTA sədri bioloji aktiv qida məhsulları istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq