Yeni cihaz iflic olmuş bədənin hərəkətini bərpa edib
Bakı, 28 sentyabr, AZƏRTAC
Beş xəstənin bədəninə onurğa beyni stimullaşdıran elektrik cihaz yerləşdirilib. Bu barədə ABŞ-ın iki tədqiqat qrupu məlumat verib.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, implantasiyadan təxminən səkkiz-doqquz həftə əvvəl tibbi personalın köməkliyi ilə xəstələrə xüsusi hərəkətlər etdirilib. Bu idmanın əsas məqsədi onurğa beyinin dayanmaq və gəzməyi “xatırlamasına” kömək etməkdir. Hər belə dayaq-hərəkətləri treninqi zamanı xəstənin ayaq üstə dura bilməsi üçün xüsusi sığorta kəmərlərindən istifadə edilib. Həkimlər isə bu zaman gəzməyi simulyasiya edərək ayaqları hərəkət etdiriblər. İki saat davam edən bu məşğələlər həftədə beş gün keçirilib.
Sonra xəstələrin bədəninə onurğa beynin müəyyən neyronlarına təsir göstərən xüsusi elektrik qurğu-epidural stimulyator yerləşdirilib. Bu neyronlar ayaq barmaqları, diz, bud və digər ətraf hissələrinin hərəkətinə cavabdehdir. Əməliyyatdan sonra da bu məşğələlər davam etdirilib.
Nəticədə epidural stimulyator işlək vəziyyətdə olduqda tədqiqatın bütün iştirakçıları heç bir kömək olmadan ayaq üstə dik dura biliblər. İştirakçılardan ikisi tibbi personalın köməyi olmadan xüsusi qoruyucu vasitələrin köməyi ilə düz səth üzərində gəzməyi də bacarıb. Onlardan 35 yaşlı Cef Markis isə bir dəfəyə 90 metr gəzib və o, hazırda sərbəst şəkildə həyatını davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]