Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni dünya nizamı və BMT islahatı: Şuşadan verilən mühüm mesaj

Yeni dünya nizamı və BMT islahatı: Şuşadan verilən mühüm mesaj

Bakı, 15 iyul, AZƏRTAC

Artıq ənənəyə çevrilmiş Şuşa Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətinin diqqətlə izlədiyi nüfuzlu platformalardan biridir. Forum ildən-ilə həm iştirakçı ölkələrin sayına, həm də beynəlxalq nüfuzuna görə genişlənir və qlobal informasiya məkanında fikir mübadiləsi üçün mühüm platformaya çevrilir. Prezident İlham Əliyev çıxışında bir çox məsələlərə toxundu. Onlardan biri də Birləşmiş Millətlər Təşkilatının, xüsusilə də Təhlükəsizlik Şurasının islahatı ilə bağlı səsləndirdiyi fikirlər idi.

Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai bildirib.

Deputat qeyd edib ki, beynəlxalq münasibətlər sistemi son onilliklərin ən dərin böhranlarından birini yaşayır. Bunu görmək üçün təkcə davam edən silahlı münaqişələrə deyil, həm də beynəlxalq institutların vəziyyətinə nəzər salmaq kifayətdir. Avropada təhlükəsizlik arxitekturası sarsılıb, ATƏT və Avropa Şurası kimi qurumların təsir imkanları faktiki olaraq sıfıra enib. Eyni vəziyyət qlobal səviyyədə də müşahidə olunur.

“Ən böyük beynəlxalq təşkilat olan Birləşmiş Millətlər Təşkilatı (BMT) da ciddi institusional böhran yaşayır. Əgər 20–30 il əvvəl BMT beynəlxalq təhlükəsizlik sisteminin əsas dayaqlarından biri hesab olunurdusa, bu gün onun nüfuzu və təsir imkanları xeyli azalıb. Son illərdə baş verən bir sıra iri münaqişələr göstərdi ki, təşkilat nə onların qarşısını ala bilir, nə də onları effektiv şəkildə idarə edə bilir. Bu vəziyyətin ən bariz nümunəsi BMT Təhlükəsizlik Şurasının fəaliyyətidir. BMT Təhlükəsizlik Şurası İkinci Dünya müharibəsindən sonra formalaşmış geosiyasi reallığın məhsuludur. Onun strukturu həmin dövrün qüvvələr balansını əks etdirirdi. Lakin dünya artıq tamamilə dəyişib. Bu gün beynəlxalq münasibətlər iki supergücün rəqabəti üzərində deyil, çoxqütblü sistem üzərində qurulur. Asiya, Afrika, Yaxın Şərq və Qlobal Cənub ölkələrinin iqtisadi və siyasi çəkisi əhəmiyyətli dərəcədə artıb. Lakin Təhlükəsizlik Şurasının tərkibi bu dəyişiklikləri əks etdirmir. Nəticədə Şura beynəlxalq təhlükəsizlik sahəsində üzərinə düşən əsas funksiyanı yerinə yetirməkdə çətinlik çəkir. Bunun nəticəsini biz həm Rusiya–Ukrayna müharibəsində, həm də Yaxın Şərqdə baş verən hadisələrdə gördük. Təhlükəsizlik Şurası bu münaqişələrlə bağlı məcburi qüvvəyə malik qərarlar qəbul etmək və ya vahid mövqe ortaya qoymaq imkanını itirib. Məhz bu fonda Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının islahatı ilə bağlı təklifini irəli sürdü. Bu, təsadüfi deyil. Prezident əsas istiqaməti xüsusi vurğulayaraq bildirdi ki, rotasiya prinsipi əsasında daimi yerlərdən biri Qoşulmama Hərəkatına verilməlidir. Bir yer İslam Əməkdaşlıq Təşkilatına ayrılmalıdır. Çünki müsəlman ölkələri də Təhlükəsizlik Şurasında təmsil olunmurlar. Bu yer də rotasiya prinsipi əsasında müəyyənləşdirilməlidir. Həmçinin bir yer Afrika İttifaqına verilməli və hazırda Afrika İttifaqına sədrlik edən ölkə həmin yeri tutmalıdır. Bu yanaşma mövcud beynəlxalq reallığı daha düzgün əks etdirir”.

Deputat qeyd edib ki, Qoşulmama Hərəkatı dünyanın ən böyük beynəlxalq platformalarından biridir və onlarla dövləti birləşdirir. Afrika isə XXI əsrdə həm demoqrafik, həm iqtisadi, həm də siyasi baxımdan ən sürətlə inkişaf edən regionlardan biridir: “Belə olan halda onların qlobal təhlükəsizlik qərarlarının qəbulunda daha geniş iştirak etməsi məntiqlidir. Eyni zamanda, G4 adlanan təşəbbüs mövcuddur. Almaniya, Yaponiya, Hindistan və Braziliya uzun müddətdir Təhlükəsizlik Şurasının daimi üzvlüyünə namizədliklərini irəli sürürlər. Lakin bu təşəbbüslər daha çox konkret dövlətlərin milli maraqlarına əsaslanır. Yəni həmin ölkələr mövcud sistemi daha geniş təmsilçiliyə çevirməkdən çox, özlərinin daimi üzv statusu əldə etməsinə çalışırlar. Bəzi Qərb dövlətlərinin mövqeyi də müəyyən suallar doğurur. Məsələn, ABŞ və Fransa müxtəlif vaxtlarda Təhlükəsizlik Şurasının genişləndirilməsini dəstəkləsələr də, Afrika ölkələrinin veto hüququ əldə etməsinə qarşı çıxıblar. Halbuki hazırkı daimi üzvlər öz veto hüquqlarını saxlamaq istəyirlər. Bu isə islahat ideyasının tam məntiqi ilə uyğun gəlmir. Prezident İlham Əliyevin irəli sürdüyü yanaşma isə ayrı-ayrı dövlətlərin deyil, daha geniş beynəlxalq platformaların və regionların təmsilçiliyini nəzərdə tutur. Bu baxımdan təşəbbüs daha balanslı və qlobal xarakter daşıyır”.

N.Arpadarai vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif beynəlxalq platformalar arasında körpü rolunu oynamaqdır. Ölkəmiz Qoşulmama Hərəkatına uğurla sədrlik edib, COP29-a ev sahibi olub və Qlobal Şimal ilə Qlobal Cənub arasında dialoqun gücləndirilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürüb. Bu baxımdan Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının islahatı ilə bağlı mövqeyi də həmin xəttin davamı kimi qiymətləndirilə bilər. Burada məqsəd ayrı-ayrı ölkələrin deyil, beynəlxalq sistemin legitimliyini və effektivliyini artırmaqdır. Ona görə də islahat artıq qaçılmazdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər