YENİ QƏSƏBƏLƏRİN İNFRASTRUKTURUNU YAXŞILAŞDIRMAQ MƏQSƏDİ İLƏ TƏDBİRLƏR GÖRÜLÜR
Ağdam rayonundan olan 3674 məcburi köçkün ailəsi üçün salınacaq yeni qəsəbələrin sosial-texniki infrastrukturunu yaxşılaşdırmaq məqsədi ilə Əfətli kəndi ərazisində bir ədəd 110/35 kilovatlıq və üç ədəd 35/10 kilovatlıq yardımçı elektrik stansiyasının tikilməsi nəzərdə tutulmuşdur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yeni qəsəbələrdə təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlər inşa olunacaq, su təchizatı üçün 100 ədəd subartezian quyusu qazılacaqdır. Burada inzibati binaların və anbarların tikintisi də nəzərdə tutulmuşdur.