YENİ ÜZÜMÇÜLÜK MƏKTƏBİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Respublikamızda üzümçülüyün bərpa olunması istiqamətində həyata keçirilən tədbirlər fermerlərdə bu sahəyə marağı xeyli artırmışdır. Bunu nəzərə alan Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rəhbərliyi bu ali təhsil ocağının nəzdində yeni üzümçülük məktəbi yaratmışdır.
Məktəbin rəhbəri, kənd təsərrüfatı elmləri namizədi Famil Şərifov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, artıq bəsit üsulla tənək əkib-becərməklə heç nəyə nail olmaq mümkün deyil. Fermerlər öz iqtisadiyyatını yüksəltmək, istehsal olunan məhsulun maya dəyərini aşağı salmaq üçün elmi əsaslara söykənməlidirlər. Bunun üçünsə ixtisaslı mütəxəssislərə ehtiyac böyükdür. Məktəbi yaratmaqdan da əsas məqsəd budur. Hazırda məktəb Xanlar rayonunda fəaliyyət göstərən “Fermer-2004” təsərrüfatı üçün üzümçü mütəxəssislər yetişdirir. Burada dərs deyən müəllimlərin əmək haqqını və tələbələrin təqaüdlərini də elə bu təsərrüfatın özü ödəyir. Gələcəkdə digər rayonların üzümçülük təsərrüfatları ilə əməkdaşlıq yaradılsa, məktəbin fəaliyyəti xeyli genişləndiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]