Yeni Zelandiya koronavirus pandemiyasına görə ümumi seçkiləri oktyabradək təxirə salıb
Tokio, 17 avqust, AZƏRTAC
Yeni Zelandiyada yayılan koronavirus pandemiyasına görə ümumi seçkilər bir ay müddətinə təxirə salınaraq, oktyabrın ortalarında keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Casinda Ardern avqustun 17-də Vellinqtonda keçirilən mətbuat konfransı zamanı bəyan edib. Bildirilir ki, ilkin olaraq sentyabrın 19-da keçirilməsi nəzərdə tutulan seçkilər COVID-19 virusuna yoluxanların sayı artdığına görə oktyabrın 17-də baş tutacaq.
“İstəyirəm ki, seçicilərin partiyalar və namizədlər barədə tam informasiya almasına şərait yaradan seçkilər yaxşı təşkil edilsin və gələcəyə böyük inam yaratsın”, - deyə C.Ardern bildirib. Əlavə edib ki, dörd həftəlik fasilə bütün tərəflərə öz seçki kampaniyasını daha fəal başlamağa şərait yaradacaq. Baş nazir, həmçinin bildirib ki, seçkilərin vaxtının dəyişdirilməsi barədə əlavə göstəriş olmayacaq.
Yeni Zelandiya əhalisi arasında virusun yeni yayılması barədə xəbərlər ötən həftə, ölkədə son yoluxma halının qeydə alınmasından 100 gün keçdikdən sonra yayılıb.
Ötən həftənin cümə günü C.Ardern Oklend şəhərində 3-cü dərəcəli məhdudiyyətlərin daha iki həftə davam edəcəyini bəyan edib. Yeni Zelandiyanın digər ərazilərində isə 2-ci dərəcəli məhdudiyyətlər avqustun 27-də başa çatacaq.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, Yeni Zelandiyada koronavirusa 1280 yoluxma halı qeydə alınıb və yoluxanlardan 22-si həyatını itirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [07:03]
İlon Mask tarixdə ilk trilyonçu olub
- 12.06.2026 [04:44]
Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər
- 12.06.2026 [04:13]
Tramp: Bu gün İranla müharibəyə son qoyduq
- 12.06.2026 [02:53]
Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib
- 12.06.2026 [02:12]
Britaniyada daha bir nazir istefa verib
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb
- 11.06.2026 [23:01]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [22:51]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [22:23]
“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib
- 11.06.2026 [22:14]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:36]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [20:50]
Albaniya Respublikasının Baş naziri Edi Ramadan
- 11.06.2026 [20:10]
Qambiya Respublikasının Prezidenti Adama Barroudan
- 11.06.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [20:00]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:58]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:48]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:31]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [19:24]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [19:21]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [19:08]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [19:00]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:58]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:53]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:52]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [18:43]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [18:39]
Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH
- 11.06.2026 [18:32]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [18:28]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:20]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:17]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [18:04]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:57]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:53]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:37]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:36]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [17:33]
Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH
- 11.06.2026 [17:30]
Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində
- 11.06.2026 [17:27]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [17:26]
Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?
- 11.06.2026 [17:24]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [17:13]
Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib
- 11.06.2026 [17:11]
Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi
- 11.06.2026 [17:07]