Yeni Zelandiyada insan tələfatı ilə nəticələn yanğın qəsdən törədilib - polis
Bakı, 17 may, AZƏRTAC
Yeni Zelandiya polisi Vellinqton şəhərindəki hostellərin birində azı altı nəfərin həyatına son qoyan yanğın faktı üzrə təhqiqata başlayıb.
AZƏRTAC xəbər verir ki, rəsmi mənbələr yanğının qəsdən törədilmə versiyasının nəzərdən keçirildiyini bildirib.
Polis yanan binaya tam giriş əldə edənə qədər həlak olanların dəqiq sayı barədə məlumat verməkdə çətinlik çəkdiyini deyib. Yanğınsöndürənlər dünən hadisə yerində altı cəsəd aşkarlayıb, 20 nəfər isə hələ də itkin düşmüş sayılır.
Qeyd edək ki, Yeni Zelandiyanın paytaxtındakı dördmərtəbəli 92 yerlik “Loafers Lodge” hostelində yanğın mayın 15-də yerli vaxtla gecəyarısı baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]