Yeni Zelandiyada uşaqlar üçün sosial media qadağan edilə bilər
Bakı, 6 may, AZƏRTAC
Yeni Zelandiya hökuməti 16 yaşdan kiçik istifadəçilər üçün sosial medianın qadağan edilməsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edib.
AZƏRTAC xəbər verir ki, Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson bu barədə özünün sosial media hesabında yazıb.
“Biz uşaqlarımızı sosial medianın zərərli təsirlərindən qorumaq istəyirik. Bu məqsədlə 16 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini parlamentə təqdim etmişik”, - deyə Baş nazir bildirib.
Onun sözlərinə görə, qanun layihəsi uşaqları və gəncləri zorakılıqdan, qadağan olunmuş mövzulardan və asılılıqdan qorumaq məqsədi daşıyır.
Sənədə əsasən, sosial şəbəkələrə daxil olmaq istəyən istifadəçilərin yaşının yoxlanılması ilə bağlı məsuliyyət platforma administrasiyasının üzərinə düşəcək. Öhdəliklərini lazımi qaydada yerinə yetirməyənlər cərimə və təqiblərlə üzləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]