Yeraltı sərvətlərin cəmiyyətin mənafeyi naminə istifadə edilməsi onun rifahını yüksəldəcək
Bakı, 27 oktyabr, AZƏRTAC
“İnanıram ki, Azərbaycanda yeraltı sərvətlərin istifadəsində də mühüm addımlar atılacaq. Ölkənin öz yeraltı sərvətlərindən istifadə edə bilməsi çox vacib məsələdir”.
Bunu AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunun iştirakçısı Türkiyənin Texniki Tədqiqat İnstitutunun nümayəndəsi, Türkiyə Mədən Mühəndisləri Palatasının Fəxri Şurasının üzvü Selim Altun deyib.
Türkiyəli mədən mühəndisinin sözlərinə görə yeraltı sərvətlər arasında mədənlər uzun müddət davam edən sənaye prosesidir. “Bu sektorda baş verən proseslər cəmiyyətə sirayət edərsə, ölkənin rifah səviyyəsini yüksəldən çox mühüm resursa çevrilər. Bu resurslardan cəmiyyətin mənafeyi naminə ən səmərəli şəkildə istifadə edilməsi cəmiyyətin rifahını yüksəldəcək”,- deyən Selim Altun bildirib ki, Bakıda ilk dəfə keçirilən mədənçilik forumunu çox faydalı tədbir hesab edir. “Çünki dağ-mədən sənayesinin inkişafı elmi araşdırmalardan asılıdır. Belə yanaşma daha səmərəli, yeraltı sərvətlərin daha az israfçılıqla istifadə olunmasını təmin edəcək. Ona görə də bu forumun təşkilində əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm. Əminəm ki, gələcəkdə yeni belə forumlar keçiriləcək və daha yüksək elmi əsaslarla qurulacaq”, - deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]
Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
- 13.06.2026 [10:18]
İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub
- 13.06.2026 [10:15]
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib
- 13.06.2026 [09:15]