YEVLAX RAYONUNUN İÇMƏLİ SU TƏMİNATI YAXŞILAŞDIRILIR
Yevlax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayonun içməli suyu olmayan 8 kəndində sutəmizləyici qurğular quraşdırılmışdır.
Hazırda Aran qəsəbəsində, Aşağı Bucaq, Yuxarı Bucaq, Xaldan, Yuxarı Salamabad kəndlərində də sutəmizləyici qurğular quraşdırılır. Kəndlərin arasında 50 bulaq, 41 kilometr su xətləri çəkiləcəkdir.
Cari ilin birinci yarısında rayonda 7 artezian quyusu qazılmış, şəhərdə 5,9 kilometr, kəndlərdə isə 20 kilometr içməli su xətləri çəkilmişdir. Hazırda şəhərdə ümumi uzunluğu 7,3 kilometr olacaq içməli su xətlərinin çəkilişi aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]