YEVLAXDA ULU ÖNDƏRİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ İNŞA VƏ RƏSM MÜSABİQƏLƏRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yevlax rayonunun məktəbliləri arasında ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş inşa və rəsm müsabiqələri keçirilmişdir.
Rayon məktəblərinin VII-XI sinif şagirdləri arasında keçirilən müsabiqələr Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamlarını işıqlandırmışdır.
İnşa yazı müsabiqəsinin məktəb mərhələsində minlərlə, rayon mərhələsində isə hər məktəbdən bir nəfər qalib, yəni cəmi 50 nəfər şagird iştirak etmişdir. Məktəblilər “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”, “Tarix və xalq Heydər Əliyevi hər zaman yaşadacaqdır”, “Heydər Əliyev türk dünyasının böyük oğludur” mövzularında inşa yazmışlar.
“Heydər Əliyev Azərbaycan dövlətinin banisidir” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin məktəb mərhələsində də minlərlə şagird öz bacarığını nümayiş etdirmişdir.
Ən yüksək yeri tutmuş inşa yazıları və rəsm nümunələri müsabiqənin respublika mərhələsinə vəsiqə qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]