Yol Polisi: icazəsi olmayan 175 nəqliyyat vasitəsinin postlardan keçmək cəhdinin qarşısı alınıb
Bakı, 16 dekabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar karantin postlarında nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasına dair məlumat yayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilmiş müvafiq qərara əsasən, 2020-ci il dekabrın 15-i saat 08:00-dan 2020-ci il dekabrın 16-sı saat 08:00-dək olan müddətdə Bakı-Quba yolunun 52-ci kilometrində yerləşən karantin keçid postundan 20-si rayon, 20-si paytaxt istiqamətinə olmaqla 40, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrində yerləşən postdan 35-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 75, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 40-ı rayon, 20-si paytaxt istiqamətinə olmaqla 60 avtomobil geri qaytarılıb.
Ümumilikdə 175 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]