Yol polisləri qanvermə aksiyasında iştirak ediblər
Bakı, 20 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində qanvermə aksiyası keçirilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” proqram layihəsi çərçivəsində idarənin inzibati binasında qanvermə aksiyası keçirilib.
Talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq məqsədilə keçirilən aksiyada Baş İdarənin rəhbərliyi və şəxsi heyəti iştirak edib.