Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yozef Hrabina: Azərbaycan Slovakiyanın ikinci ən böyük qaz tədarükçüsü ola bilər – MÜSAHİBƏ

Yozef Hrabina: Azərbaycan Slovakiyanın ikinci ən böyük qaz tədarükçüsü ola bilər – MÜSAHİBƏ

Bakı, 6 may, Tamilla Məmmədova, AZƏRTAC

Mart ayının əvvəlində Brüsseldə Avropa Komissiyası və Slovakiya tərəfindən birgə yaradılmış İşçi Qrupunun ilk iclası keçirilib. Bu qrup Slovakiyanın qaz təchizatı ilə bağlı məsələlərini müzakirə etmək üçün təşkil olunub. Danışıqlarda Azərbaycanı energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. İclasda, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov çıxış edərək, Azərbaycanın qaz resursları və Avropaya tədarük imkanları barədə məlumat verib. Müzakirələr zamanı tərəflər ixrac həcminin artırılması və zəruri infrastrukturun inkişafı perspektivlərini nəzərdən keçiriblər. Hazırda Azərbaycan qazının Slovakiyaya Cənub Qaz Dəhlizi və Balkan ölkələrini Macarıstan və Slovakiya ilə birləşdirən interkonnektorlar vasitəsilə nəql edilməsi imkanları araşdırılır. Xatırladaq ki, dekabrın 1-dən etibarən SOCAR Slovakiyanın ən böyük dövlət enerji operatoru olan SPP şirkətinə qaz tədarükünə başlayıb.

AZƏRTAC-ın bu mövzu ilə bağlı suallarını slovakiyalı ekspert, Slovakiya İxracatçılar Şurasının aparıcı analitiki Yozef Hrabina cavablandırıb.

- Slovakiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? İki ölkə arasında qarşılıqlı əlaqəni müəyyən edən əsas sektorlar hansılardır?

- Slovakiyanın Azərbaycandakı əsas maraqları müdafiə sənayesi kompleksi, energetika və rəqəmsallaşma sahələrinə yönəlib. Son illərdə Slovakiya Azərbaycana qaz təchizatı mənbələrinin şaxələndirilməsində strateji tərəfdaş kimi baxmağa başlayıb və bunun müqabilində qabaqcıl müdafiə sənayesi texnologiyalarını təklif edir. Bu əməkdaşlıq qarşılıqlı faydalı xarakter daşıyır, Slovakiyanın enerji müstəqilliyinin möhkəmlənməsinə və onun müdafiə sektorunun ixrac potensialının genişlənməsinə töhfə verir.

- Slovakiyanın “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” layihələrində iştirak perspektivləri necə qiymətləndirilir?

- 2024-cü ildə Türkiyə ilə imzalanmış tərəfdaşlıq sazişi Slovakiyanın ticarət və iqtisadi əlaqələrini genişləndirmək istəyini təsdiqləyir. Ölkənin xarici siyasəti çoxvektorlu yanaşmaya əsaslanır və ticarət tərəfdaşlarının şaxələndirilməsini nəzərdə tutur. Bu kontekstdə Slovakiyanın “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” kimi infrastruktur layihələrində iştirakı onun nəqliyyat əlaqələrinin gücləndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və regionla ticarət əlaqələrinin genişləndirilməsi üçün strateji imkanlar yaradır. Bu təşəbbüslərdə iştirak Slovakiyanın Şərqi və Qərbi Avropa arasında vacib tranzit mərkəzi kimi rolunun daha da güclənməsinə də töhfə verəcək.

- Slovakiya Azərbaycanı enerji sektorunda tərəfdaş kimi necə qiymətləndirir? Enerji və nəqliyyat sahəsində birgə infrastruktur layihələri üçün potensial varmı?

- Slovakiya Rusiya qazının Ukrayna vasitəsilə tranzitinin bərpasını prioritet hesab etsə də, Azərbaycanı əsas alternativ təchizatçı kimi nəzərdən keçirir. Zəruri infrastruktur yaradıldığı təqdirdə, Azərbaycan Slovakiyaya qaz tədarükü baxımından ikinci ən böyük təchizatçıya çevrilə bilər ki, bu da ölkənin enerji şaxələndirmə strategiyasını əhəmiyyətli dərəcədə gücləndirəcək. Tranzit qovşağı kimi mövqeyinə görə Slovakiya Azərbaycan qazının Avropa bazarlarına çıxışında mühüm rol oynayır. Birgə infrastruktur layihələrinə – istər qaz nəqli marşrutları, istərsə də enerji saxlama gücləri və ya nəqliyyat dəhlizlərinin inkişafına yatırılan investisiyalar – Slovakiyanın enerji dayanıqlığını artırmaqla yanaşı, Azərbaycanın Avropaya etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirə bilər.

- Slovakiya və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına hansı əsas amillər təsir edir?

- Slovakiya və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı ikitərəfli əməkdaşlığın dərinləşməsinə töhfə verən bir sıra əsas amillərlə bağlıdır. Bu amillərdən biri Slovakiyanın xarici siyasətinin çoxvektorlu olmasıdır ki, bu da iqtisadi-ticarət tərəfdaşlarının şaxələndirilməsinə xüsusi diqqət yetirir. Strateji mövqeyi və zəngin enerji ehtiyatları sayəsində Azərbaycan Slovakiyanın iqtisadi əməkdaşlığını genişləndirmək üçün mühüm istiqamət hesab olunur. Ortaq sovet keçmişindən irəli gələn tarixi və mədəni əlaqələr ikitərəfli əməkdaşlığın asanlaşmasında mühüm rol oynayır. Oxşar inzibati və hüquqi ənənələr qarşılıqlı anlaşmaya kömək edir və biznes fəaliyyəti üçün əlverişli zəmin yaradır. Bu, birgə layihələrin inkişafına, investisiya proseslərinin sadələşdirilməsinə, dövlət və biznes dairələri arasında etibarlı münasibətlərin formalaşmasına şərait yaradır.

- Slovakiyanın texnologiyalar və rəqəmsallaşma sahəsindəki təcrübəsi Azərbaycana necə fayda verə bilər?

- Əməkdaşlığın perspektivli istiqamətlərindən biri innovasiya və rəqəmsal sahədir. Slovakiya texnologiyalar və rəqəmsallaşma sahəsində geniş təcrübəyə malikdir ki, bu da Azərbaycanın iqtisadi transformasiya prosesində faydalı ola bilər. İT sahəsində, istehsal proseslərinin avtomatlaşdırılmasında və kibertəhlükəsizlikdə birgə təşəbbüslərin inkişafı ikitərəfli tərəfdaşlıq üçün yeni mərhələ imkanları yaradacaq. Digər vacib məqam isə iqtisadi maraqların qarşılıqlı tamamlanmasıdır. Slovakiya öz enerji təhlükəsizliyini gücləndirmək məqsədilə enerji təchizatı mənbələrini şaxələndirməkdə maraqlıdır, Azərbaycan isə Avropa ölkələrinə enerji resurslarının ixracını fəal şəkildə inkişaf etdirir. Qarşılıqlı faydalı tərəfdaşlıq, həmçinin hərbi-sənaye sektorunda da özünü göstərir. Burada tərəflər birgə layihələr və texnologiya mübadiləsi üçün potensial görürlər.

Bundan əlavə, iki ölkə arasındakı ticarət əlaqələri möhkəmlənməkdə davam edir. Bu da müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açır.

- İnnovativ layihələrin inkişafı Slovakiya və Azərbaycan arasında tərəfdaşlığı yeni səviyyəyə necə qaldıra bilər?

- İkitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki tərəf bir sıra vacib addımlara diqqət yetirməlidir. İlk növbədə, yüksəksəviyyəli diplomatik mübadilələrin aktivləşdirilməsi vacibdir. Bu da investisiya proseslərinin optimallaşdırılmasına və iqtisadi fəaliyyət üçün əlverişli şəraitin yaradılmasına imkan verəcək. Hökumətlərarası dialoqun inkişafı, eləcə də iqtisadiyyatın əsas sektorları üzrə ixtisaslaşmış işçi qruplarının yaradılması əməkdaşlığın effektivliyini artırmağa kömək edəcək. Əsas istiqamətlərdən biri ikitərəfli ticarət sazişlərinin genişləndirilməsidir ki, bu da biznes üçün əlverişli şəraitin yaradılmasına imkan yaradacaq. Logistika infrastrukturunun inkişafı, standartların unifikasiyası və gömrük prosedurlarının sadələşdirilməsi də ölkələr arasında ticarət dövriyyəsinin artmasına töhfə verəcək mühüm amillərdir. Beləliklə, Slovakiya və Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi diplomatik, ticarət və texnoloji əməkdaşlığı əhatə edən kompleks yanaşma tələb edir. İnzibati maneələrin aradan qaldırılması, investisiya əməkdaşlığının genişləndirilməsi və innovativ layihələrin inkişafı üzrə birgə səylər iki ölkə arasında tərəfdaşlığı yeni səviyyəyə qaldırmağa kömək edəcək.

- Slovakiya şirkətləri Azərbaycandakı investisiya mühitini necə qiymətləndirir?

- Kiçik və orta sahibkarlıq subyektləri (KOS) üçün Azərbaycan nisbətən az tədqiq olunmuş bir bazar olaraq qalır. Lakin iri slovak şirkətləri artıq onu ixrac və uzunmüddətli biznes əməkdaşlığı üçün perspektivli istiqamət kimi nəzərdən keçirirlər. Azərbaycanın sabit iqtisadi artımı və artan investisiya cəlbediciliyi nəzərə alındıqda, slovak biznesi üçün imkanların genişlənəcəyini gözləmək olar. Ticarət əlaqələrinin dərinləşməsi və uğurlu biznes nümunələrinin artması ilə çox güman ki, Slovakiyanın kiçik və orta sahibkarlıq subyektləri də Azərbaycanı investisiya və ixrac üçün perspektivli bir bazar kimi dəyərləndirməyə başlayacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO