“YUĞ” TEATRI YENİ MÖVSÜMÜ “MƏN MƏHƏMMƏD FÜZULİYƏM” TAMAŞASI İLƏ AÇACAQDIR
AZƏRTAC xəbər verir ki, “Yuğ” teatrı sentyabrın ortalarında yeni mövsümü dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərinin motivləri əsasında səhnələşdirdiyi “Mən Məhəmməd Füzuliyəm” tamaşası ilə açacaqdır. Artıq yeni tamaşanın məşqlərinə başlanmışdır.
Teatrın direktoru, tamaşanın bədii rəhbəri Vaqif İbrahimoğlu demişdir ki, 7 gənc rejissorun birgə hazırladıqları bu tamaşa yeni mövsümün açılışına töhfə olacaqdır. “Ya Rəbb”, “Rəhm”, “Rüsva”, “Bəlayi-eşq”, “Vəsl”, “Hicr”, “Əfğan”, “Yar” adlanan 8 ayrı-ayrı səhnəcikdən ibarət olan tamaşada hər səhnəciyin öz bədii yozumu vardır. Bu tamaşanın vahid süjet xətti isə Füzuli eşqi, zövqü və ruhu üzərində qurulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]