Azərbaycan Dövlət İnformasiya Agentliyi

YÜKSƏK İDEALLARDAN QAYNAQLANAN MİSSİYA

Mənəvi meyarların aşınmaya məruz qaldığı indiki qloballaşma əsrində təkcə xalqların malik olduqları milli-mədəni irsin deyil, bütövlükdə ümumbəşəri ideal və dəyərlərin mənfi təzahürlərdən qorunması vacib məsələ kimi önə çıxmışdır. Hər bir qədim etnosun tarixi təkamül prosesləri nəticəsində formalaşmış mədəni, mənəvi dəyərlərinin, bədii-estetik baxışlarının, düşüncə sisteminin, adət-ənənələrinin hifz edilərək gələcək nəsillərə ötürülməsi, habelə cəmiyyətə yüksək insani keyfiyyətlərin aşılanması da müasir dövrün ictimai sifarişinə çevrilmişdir. 2004-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsini də qlobal aspektdə yalnız bir ideya və amal təşkil edir: insanlara təmənnasız qayğı, cəmiyyətə xidmət!

Yarandığı gündən xalqın mənəvi sərvətinin və milli mədəniyyətinin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondu, ilk növbədə, ümummilli liderin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəzdir. Qurumun başlıca məqsədi ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli vətənpərvər fəaliyyəti məhz bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Bu xeyirxah missiya insanlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır.

Son altı ildə millət və dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram, ilk növbədə, ümummilli liderin ali ideallarını özündə ehtiva edir. Şəxsiyyətə yüksək hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət amalını prioritet seçmiş Fond fəaliyyəti ərzində həm də xalqın milli varlığını özündə yaşadan zəngin mənəvi-intellektual və mədəni mülkiyyətin qorunması istiqamətində əzmkar fəaliyyət göstərmişdir. Bu baxımdan Azərbaycan mədəniyyətinin YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında özünə etibarlı hami və xilaskar tapması mühüm məqam kimi qiymətləndirilməlidir. Mehriban xanım Əliyeva haqlı olaraq hesab edir ki, Azərbaycan xalqının milli mədəniyyətinin yad təsirlərdən qorunması üçün, ilk növbədə, milli-mənəvi və əxlaqi dəyərlərin cəmiyyətdə tam bərqərar olmasına, habelə ictimai şüurda daha da möhkəmlənməsinə çalışmaq lazımdır.

1995-ci ildə Mehriban xanım Əliyeva tərəfindən yaradılmış Azərbaycan Mədəniyyətinin Dostları Fondu da ümumbəşəri mənəvi dəyərlərlə zəngin olan milli mədəniyyətimizin inkişafına çox böyük töhfələr vermişdir. Qədim və zəngin ənənələrə malik xalqımızın maddi və mənəvi mədəniyyət nümunələrinin, incəsənətinin, folklorunun, musiqisinin qorunması, eləcə də bütün dünyaya yayılmasında çox mühüm rol oynayan “Azərbaycan-İrs” jurnalının 1996-cı ildən nəşrə başlaması da son dərəcədə təqdirəlayiq tarixi faktdır. Mehriban xanım Əliyeva hələ o dövrdən məhz xeyirxah missiyanı qarşıya qoymuş, yüksək təşəbbüskarlığı, fitri idarəçilik keyfiyyətləri ilə milli mədəniyyətimizin böhrandan qurtulmasına və inkişafına böyük töhfəsini vermişdir. Azərbaycan, rus və ingilis dillərində nəşr edilən jurnalda qədim və zəngin mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı çoxsaylı məqalələr dərc olunmuşdur.

Azərbaycan Mədəniyyətinin Dostları Fondu bir ictimai-iqtisadi və siyasi qurumdan mahiyyətcə və köklü şəkildə fərqlənən digər bir ictimai quruma keçid dövründə, üstəlik də nankor qonşumuzun - Ermənistanın uydurma “Dağlıq Qarabağ” problemini yaratdığı çətinliklər dövründə milli mədəniyyətimizin üzləşdiyi taleyüklü məsələlərin, qarşıda duran başlıca məqsəd və vəzifələrin həlli istiqamətində ardıcıl, təsirli, kompleks tədbirlər həyata keçirmişdir.

Mehriban xanım Əliyevanın dünya mədəni irsinin nadir incisi olan Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bilavasitə bağlı titanik fəaliyyəti onun mənəvi dəyərlərə nə dərəcədə sıx bağlı olduğunu sübut edir. 2005-ci ildə YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması və qısa müddətdə onun istifadəyə verilməsi Heydər Əliyev Fondunun fəaliyyətində ümumbəşəri səpkili milli mədəniyyətimizin ən nadir incilərinin təbliği məsələsinin vacib yer tutduğunu göstərir.

Azərbaycan muğam sənətinin inkişafı və qorunması istiqamətində atılan növbəti addım “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomunun tərtib və nəşr edilməsi olmuşdur. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının keçirdiyi “Muğam televiziya müsabiqəsi-2007” bu sahədə atılan addımlardan biri olmuşdur. İndi əminliklə demək olar ki, mədəniyyətimizin hamisi olan Mehriban xanım Əliyeva bu sənətin yaşamasını təmin edən ənənənin təməlini qoymuşdur. “Muğam aləmi-2009” Beynəlxalq müsabiqəsində 11 ölkədən 20 ən istedadlı ifaçı iştirak etmişdir. Onların bu müsabiqəyə qatılması bir daha muğamın Azərbaycana məxsusluğunu təsdiq etmişdir. Müsabiqə bu misilsiz sənət nümunəsinin yaşadılması və inkişafı yolunda ən ciddi addımların Azərbaycanda atıldığını göstərmişdir.

Keçən il və cari ildə Azərbaycanın ən gözəl guşələrindən birində - Qəbələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Beynəlxalq musiqi festivalları keçirilmişdir. Bu festivallarda dünyanın ən tanınmış musiqiçiləri iştirak etmişlər. Azərbaycan mədəniyyətinin təbliğinə yönələn bu tədbirlər həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılmasına xidmət etmişdir.

Bu gün Azərbaycanın ayrı-ayrı bölgələrində bir çox tarixi abidələrin və dini məbədlərin bərpa olunması da məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Məscidlər və minarələr ucaldan Mehriban xanım Əliyeva kilsələrə, sinaqoqlara da diqqət və qayğı ilə yanaşır.

İnkarolunmaz həqiqətdir ki, Mehriban xanım Əliyeva

YUNESKO-nun xoşməramlı səfiri seçiləndən sonra bu mötəbər beynəlxalq təşkilat ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Böyük imkanlara malik bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinə cəlb edilməsi, təşkilat ilə birgə keçirilən tədbirlər yaxın gələcəkdə əlaqələrin daha da intensivləşməsinə geniş imkanlar açır.

Təhsillə bağlı qarşıya qoyulan əsas məqsəd Azərbaycanda bu sahənin çağdaş dünyanın tələb etdiyi səviyyəyə yüksəldilməsidir. Elmin, təhsilin inkişafı, yeni nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bu günün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda konkret və məqsədyönlü işlər görmək, ilk növbədə, həqiqi vətənpərvərlik nümunəsidir. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın son vaxtlar atdığı addımlar, xüsusən də təhsilə böyük diqqət və qayğısı onun vətənpərvərliyinin və xeyirxahlığının danılmaz sübutudur.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2005-2009-cu illərdə 283 yeni məktəb binası inşa olunaraq lazımi avadanlıqla təchiz edilmişdir.

Heydər Əliyev Fondunun fəaliyyət proqramına təhsil, səhiyyə sahələri, uşaq evləri və internat məktəblərin maddi-texniki təchizatı, ictimaiyyətin bu prosesdə iştirakının fəallaşdırılması sahəsində işlər daxildir. Fondun Bakı şəhərinin internat məktəbləri və uşaq evləri üzrə hazırladığı proqram bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdəndir. Proqrama uyğun olaraq, uşaq evləri və internat məktəbləri haqqında məlumatlar toplanaraq Heydər Əliyev Fondunda təhlil edilmiş və bunların əsasında “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” beşillik proqramı hazırlanmışdır.

Heydər Əliyev Fondu kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində məcburi köçkün həyatı yaşayan uşaqlara qayğı göstərmək baxımından bütün digər qurumlar üçün layiqli örnəkdir.

Fondun “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri çərçivəsində görülən tədbirlər böyük əhəmiyyət kəsb edir. Ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərmiş Heydər Əliyev Fondu milli genefondumuzun qorunmasında da sözünü deyir. Azərbaycanın birinci xanımının başlıca məqsədlərindən biri də məhz xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına təlqin etməkdir. Mehriban xanım Əliyevanın bu sahədəki xeyriyyəçilik amalları təkcə Azərbaycanda deyil, dünya ictimaiyyəti tərəfindən də layiqincə dəyərləndirilmişdir. 2007-ci il mayın 17-də Cenevrədə Dünya Səhiyyə Təşkilatının ali orqanı olan Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında Azərbaycanda səhiyyənin inkişafında, yeni xəstəxanaların açılmasında və onların müasir avadanlıqla təchiz edilməsində Mehriban Əliyevanın gördüyü işlər xüsusi vurğulanmışdır və Azərbaycanın birinci xanımına İhsan Doğramacı Ali Sağlamlıq Fondunun mükafatı təqdim edilmişdir.

Hər bir millətin mənəvi-fiziki sağlamlığının və kamilliyinin təmin olunması, eyni zamanda, idmanın, bədən tərbiyəsinin dinamik inkişafından keçir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan Milli Gimnastika Federasiyasının prezidenti kimi bu yöndəki fəaliyyəti gənc nəslin fiziki-mənəvi sağlamlığının təmin olunmasına xidmət edir. Qısa müddətdə Azərbaycanda bu idman növünün inkişafı istiqamətində əhəmiyyətli addımlar atılması, habelə 2005-2007-ci illərdə Bakıda bədii gimnastika üzrə mötəbər çempionatların keçirilməsi Mehriban xanım Əliyevanın bu sahədə də yaxşı təşkilatçı və qayğıkeş insan olmasının daha bir göstəricisidir.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci ilin mayında Milli Məclisdə qəbul olunaraq dövlət başçısı tərəfindən imzalanan və icra edilən amnistiya aktının cəmiyyətdə böyük diqqət və hörmətlə qarşılanması da təsadüfi deyildir. Ulu öndər Heydər Əliyevin humanist siyasətinə sədaqətin əyani nümayişi olan bu amnistiya aktı ilk gündən onun xatirəsinə ehtiramın ifadəsi kimi diqqəti cəlb etmişdir. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və qəbul edilərək geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir. 2009-cu ilin martında da Mehriban xanım Əliyeva növbəti amnistiya təşəbbüsü irəli sürmüş, bununla bağlı qərar layihəsini Milli Məclisə təqdim etmişdir. Təqribən 9 min şəxs amnistiya aktının təsiri altına düşmüş, 1700 məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilmişdir.

Heydər Əliyev Fondu digər ölkələrin problemlərinə də biganə qalmır. Pakistanın Müzəffərabad şəhərində zəlzələ zamanı dağılan məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən tikilmişdir. Bu məktəb zəlzələdən sonra ölkədə inşa olunan 5 min məktəb arasında ən yaxşısı və ən nümunəvisidir. Bu qəbildən bir neçə nəcib təşəbbüsü qeyd etmək olar.

Qarşıya qoyduğu xeyirxah məqsədlərlə Heydər Əliyev Fondu nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır. Məhz bu fəaliyyətin nəticəsi olaraq Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva

2004-cü ildə şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsinə görə YUNESKO-nun, çoxşaxəli və genişmiqyaslı fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilin və səhiyyənin inkişafı sahəsində gördüyü işlərə görə isə 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı”na, cari ildə isə iki mötəbər mükafata - Fransa dövlətinin “Şərəf Legionu” ordeninə və YUNESKO-nun “Qızıl Motsart” medalına layiq görülmüşdür.

Həyata keçirilən xeyirxah işlər ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, habelə bu gün Vətən, xalq naminə aparılan məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürü olmaqla yanaşı, həm də Fondun cəmiyyətdə və ölkəmizdən xaricdə artan nüfuzunun ifadəsidir. Son illərdə görülmüş bütün bu işlər, qazanılmış uğurlar, ilk növbədə, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyətinin, dünyanın tanınmış bir çox ictimai və mədəniyyət xadimləri tərəfindən də yüksək dəyərləndirilən intellektinin, təşəbbüskarlığının, nüfuzunun, təşkilatçılıq və idarəetmə bacarığının bəhrəsidir.

Albina Atlıxanova

AZƏRTAC-ın müxbiri

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu