Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yüksək təhsil ekstremizmlə mübarizədə bir çox proseslərin qarşısını ala bilər VİDEO

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda yüksək səviyyəli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun gender bərabərliyi sektorunun direktoru Saniye Gülser Coratın moderatorluğu ilə keçirilən görüşdə dünyada baş verən zorakı ekstremizmə qarşı mübarizədə qızların təhsilinin rolu müzakirə edilib.

Saniye Corat Azərbaycan hökumətinə və tədbirin təşkilatçılarına dəvətə görə minnətdarlığını bildirib.

UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya Forumun yüksək səviyyədə təşkilinə və xüsusi qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Təhsilin cəmiyyətdəki mühüm rolundan danışan İ.Bokova bildirib ki, qızların təhsil almaları və cəmiyyətdəki fəaliyyətləri gender bərabərliyinin əsas məqsədlərindəndir. Dünyanın bir çox ölkələrində qadınlar və qızlar zorakı ekstremizmin qurbanı olurlar. Hüquqları pozulan qadınlar cinsi istismara məruz qalır, təhsildən uzaq düşürlər. Biz ekstremizmə qarşı mübarizədə bütün səylərimizi birləşdirməli, bu bəlanın aradan qaldırılması üçün birgə mübarizə aparmalıyıq. Cəmiyyətlərin inkişafında qadınların və təhsilin rolunu xüsusi vurğulayan baş direktor bəzi müsəlman ölkələrində qızların təhsilə cəlb olunmasında birgə addımların atılmasının vacibliyini vurğulayaraq deyib: “Bu bizim qlobal şəkildə mübarizəmizin əsas tərkib hissəsidir. Təhsil ekstremizmlə mübarizədə bir çox proseslərin qarşısını ala bilər”.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə təhsil sahəsində görülən işlər və həyata keçirilən islahatlardan danışıb. Azərbaycanda qadınların və qızların cəmiyyətdəki rolundan danışan təhsil naziri müsəlman Şərqində ilk dəfə olaraq qızlar məktəbinin məhz Bakıda açıldığını və ilk dəfə olaraq səsvermə hüququnun da azərbaycanlı xanımlara verildiyini qeyd edib.

Təhsil naziri deyib: “Ölkəmizin ali məktəblərində təhsil alanların 50 faizini qızlar təşkil edir, orta və ali təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizdən çoxu qadınlardır. Bir sıra ali məktəblərimizdə gender sahəsində tədqiqatlar aparılır. Respublikamızda qaçqın, köçkün və dünyadakı çoxsaylı miqrasiyalara baxmayaraq, ölkəmizdə bir çox sahədə olduğu kimi, təhsildə də təqdirəlayiq nəticələr əldə olunub”.

Təhsilin qızların həyatındakı vacib rolundan danışan Efiopiyanın birinci xanımı Roman Tesfaye cəmiyyətdə qadınların hüquqlarının qorunmasının vacibliyini qeyd edib. Bildirilib ki, təhsil vasitəsilə cəmiyyətə inteqrasiya olunan qadınlar bir çox qlobal problemlərin həllində xüsusi yer tuturlar. Təhsil onların yoxsulluqdan azad olunmasında, həmçinin maliyyə sahəsində bir sıra məsələlərin həllində də böyük rol oynayır. Erkən nikahlar, müxtəlif dini və ekstremizm qrupları tərəfindən zorakılıqlar qızların təhsil almasına mane olur. Biz bu cür xoşagəlməz halların qarşısının alınmasında birgə mübarizə aparmalıyıq. Efiopiya hökuməti bu sahədə bir sıra uğurlar əldə edib. Uşaqların və qızların məktəbə cəlb olunmasında maarifləndirmə tədbirləri davam edir.

Foruma dəvətə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlığını bildirən Malinin birinci xanımı Keita Aminata Maiga görüşün yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. O, terrorizm və zorakı ekstremizmə qarşı mübarizədə qadınlara dəstək göstərilməsinin vacibliyini qeyd edib. Qadın və qızların cəmiyyətin inkişafında mühüm rolunu vurğulayan Malinin birinci xanımı ölkəsində bu sahədə aparılan islahatlar barədə məlumat verib. Qeyd edib ki, Malidə qızların təhsilə cəlb olunması ölkə siyasətinin əsas istiqamətlərindən biridir. Çox vaxt zorakı ekstremizmin qurbanına çevrilən qızlar hətta ibtidai təhsil ala bilmirlər. Qızlardan müxtəlif terrorçu qruplaşmalar tərəfindən sui-istifadə edilməsi cəmiyyətin əsas problemlərindən biridir. K.Maiga qeyd edib ki, yoxsul ailələrdən olan qız uşaqlarının təhsilinə ayrılan sərmayə ekstremizmlə mübarizədə ən öndə gedən məsələlərdəndir.

Ruandanın birinci xanımı Janet Kagame bir çox ölkələrdə qadınlara qarşı törədilən zorakılıq hallarından danışıb, bunun qızların təhsil almasına əks təsirini vurğulayıb. O deyib: “Biz dünyada, xüsusilə müsəlman ölkələrində qadın və uşaqların hüquqlarının pozulmasının şahidi oluruq. Onlara qarşı törədilən cinayətlərlə mübarizədə birləşməli, bu istiqamətdə birgə tədbirlər həyat keçirməliyik”. Ölkəsinin tarixi barədə məlumat verən birinci xanım bildirib ki, qızların təhsilə cəlb olunması gender bərabərliyinin təminatıdır.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müzakirə olunan mövzunun vacibliyini qeyd edib. Bildirilib ki, radikalizm, zorakılıq, ksenofobiya, ayrı-seçkilik bəşəriyyətin ən böyük bəlasıdır və bunlar insanlığa ciddi ziyan vurur. Zorakı ekstremizmdən daha çox qadınlar və uşaqlar, xüsusilə qızlar əziyyət çəkirlər. Hər il milyonlarla uşaq məcburi əməyə cəlb edilir, qızlar cinsi istismara məruz qalır və insan alverinin qurbanına çevrilirlər. Elə ölkələr vardır ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur. Qızların təhsil almasına, qadınların işləməsinə, onların sahibkarlıqla məşğul olmasına bir çox maneələr olur. Bunlar əsasən yoxsulluq, erkən nikahlar, gender əsaslı zorakılıq, cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı yanlış təsəvvürlərdir. Hər bir ölkə uşaqları qorumağı və onları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. Bu müdafiənin daha möhkəm olması üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılır, qlobal səviyyəli sənədlər qəbul olunur.

Komitə sədri bildirib ki, Azərbaycanda uşaqların hərtərəfli inkişafı, onların keyfiyyətli təhsil alması, sağlam və savadlı mühitdə böyüməsi, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması və hüquqlarının qorunması sahəsində mühüm işlər görülüb. Milli strategiya kimi formalaşan dövlət uşaq siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən daha da gücləndirilib. Ölkəmizdə təhsilin inkişafında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd edən komitə sədri bu sahədə Heydər Əliyev Fondu tərəfindən görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Qeyd edilib ki, uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası, bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi, həmçinin konkret tədbirlərin həyata keçirilməsi ilə də reallaşdırılır. Bu layihələr qaçqın və məcburi köçkün, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilin inkişafına, hüquqlarının müdafiəsinə yönəlib.

Bildirilib ki, hazırda bəşəriyyəti düşündürən məsələ isə davamlı inkişaf və sülhə, əmin-amanlığa, rifaha mane olan problemlərin, məhdudiyyətlərin aradan qaldırılması və bu istiqamətdə mexanizmlərin tapılmasıdır. Təhsil radikalizmə, ortodoksal baxışlara, terrorizmə qarşı ən yaxşı vasitədir. Elm və mədəniyyət bütün problemlərin həllində böyük əhəmiyyətə malikdir.

Yüksək səviyyəli görüşün iştirakçıları birgə qlobal humanitar çağırış qəbul ediblər. Çağırış tədbirdə oxunub.

Yüksək təhsil ekstremizmlə mübarizədə bir çox proseslərin qarşısını ala bilər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək