Yunan fermerlər Heraklion şəhərindəki beynəlxalq hava limanında blokadanı aradan qaldırıblar
Bakı, 9 dekabr, AZƏRTAC
Etiraz edən yunan fermerlər danışıqlardan sonra Krit adasının paytaxtı Heraklion şəhərindəki Nikos Kazantzakis beynəlxalq hava limanındakı blokadanı aradan qaldırıblar.
AZƏRTAC BTA informasiya agentliyinə istinadla xəbər verir ki, məsələ ilə bağlı hava limanının direktoru Yakovos Ouranos bəyanat yayıb. O bildirib ki, uçuşlar bərpa olunub.
Hava limanı ilk dəfə bazar ertəsi günorta saatlarında bağlanıb. Bazar ertəsi axşam saat 6 radələrində hava limanında əməliyyatlar bir neçə saatlıq bərpa edilib. Limanda xeyli sayda sərnişin olub.
Qarşıdurma zamanı etirazçılar polisə daş atıblar, polis isə onlara gözyaşardıcı qazla cavab verib. İlkin məlumata görə, bir polis məmuru və daha 7 nəfər yaralanıb. Polis maşını isə aşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]