Yunanıstan Avropa İttifaqı daxilində hərəkət üçün birgə peyvənd şəhadətnaməsinin qəbul edilməsinə çağırıb
Afina, 15 yanvar, AZƏRTAC
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenə məktub göndərərək ölkədə turizmin tezliklə bərpası və ittifaq vətəndaşlarının özünü tezliklə peyvənd olunmasını stimullaşdırmaq üçün Avropa İttifaqı (Aİ) daxilində hərəkət üçün birgə rəqəmsal peyvəndlə bağlı qanunun qəbul olunmasının vacibliyini bildirib.
AZƏRTAC xəbər verir ki, məktub AK sədrindən əlavə Aİ-nin bütün dövlət və hökumət başçılarına, səhiyyə və ərzaq təhlükəsizliyi komissarı Stella Kiriakiduya da göndərilib. Rumıniya Prezidenti Klaus Yohannis Yunanıstanın bu təşəbbüsünü tənqid edərək, şəhadətnamənin hərəkət üçün deyil, səhiyyə müəssisələrində, ailə həkimləri üçün ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, Yunanıstan yanvarın 21-də videokonfrans şəklində keçiriləcək Avropa İttifaqı sammitində məsələ ilə bağlı müzakirələrə başlamaq istəyir. Ümumdünya səhiyyə təşkilatının məlumatına əsasən, artıq dünyanın 40 ölkəsində koronavirusa qarşı vaksinasiya həyata keçirilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]