Yunanıstan Parlamenti Konstantinos Tasulası prezident seçib
Afina, 12 fevral, AZƏRTAC
Yunanıstanın keçmiş parlament sədri Konstantinos Tasulas ölkənin yeni prezidenti seçilib. Bununla bağlı Yunanıstan parlamentində seçkilər keçirilib. Onun namizədliyini Baş nazir Kiriyakos Mitsotakis irəli sürüb.
Əvvəlki üç turda uğurlu nəticə əldə olunmadığı üçün parlamentdə dördüncü səsvermə turu keçirilib. Dördüncü turda prezident seçilmək üçün 151 səs tələb olunub. Tasulas 160 səs toplayaraq qalib gəlib.
Konstantinos Tasulas əsasən hakim "Yeni Demokratiya" partiyası və bir neçə müstəqil deputat tərəfindən dəstəklənib. Digər namizədlər müxalifət partiyaları tərəfindən irəli sürülmüş olsalar da, bu namizədlər lazımi səsə sahib toplaya bilməyiblər. Seçki müzakirəsiz keçib. Belə ki, deputatlar yalnız "lehinə" və ya "əleyhinə" ilə səs verə biliblər.
Yeni prezident martın 13-də and içəcək. Məhz o zaman indiki Prezident Katerina Sakellaropulunun beşillik vəzifə müddəti başa çatacaq.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]