YUNANISTAN PREZİDENTİ KONSTANTİNOS STEFANOPULOSAZƏRBAYCANA RƏSMİ SƏFƏRƏ GƏLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Yunanıstan Respubliklsının Prezidenti Konstantinos Stefanopulos iyunun 20-də ölkəmizə rəsmi səfərə gəlmişdir.
Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Yunanıstan Prezidenti Konstantinos Stefanopulosu Azərbaycanın Baş naziri Artur Rasizadə qarşıladı.
Milli geyimli oğlan və qız Yunanıstan Prezidentinə gül dəstəsi təqdim etdilər.
Qarşılanma mərasimindən sonra Yunanıstan Prezidenti Konstantinos Stefanopulos fəxri motoskletçilər dəstəsinin müşayəti ilə onun üçün ayrılmış iqamətgaha yola düşdü.