YUNANISTAN PREZİDENTİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETMİŞDİR
Yunanıstan Respublikasının Prezidenti Konstantinos Stefanopulos iyunun 21-də Fəxri xiyabana gəlmişdir.
Burada ali qonağı Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladı.
Yunanıstan dövlətinin başçısı ümummilli liderimiz, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin məzarını ziyarət edərək əklil qoymuş, onun ruhu qarşısında baş əymişdir.