YUNİFEM-İN İCRAÇI DİREKTORUNUN AZƏRBAYCANA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, BMT-nin rezident-əlaqələndiricisi Marko Borsotti, hökumət rəsmiləri, Milli Məclisin deputatları, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlərindən danışan N.Heyzer, YUNİFEM-in 2001-ci ildən etibarən Azərbaycanda həyata keçirdiyi “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” regional proqramı üzrə əldə edilən nailiyyətləri dəyərləndirmişdir. Layihə çərçivəsində Azərbaycanda məcburi köçkün qadınların vəziyyətinin qiymətləndirildiyini, gender bərabərliyi və münaqişələrin həlli sahələrində qadın liderlərə dəstək verildiyini, gənclərin gender və sülh ətrafında səfərbər edildiyini söyləmişdir.
N.Heyzer YUNİFEM-in gender bərabərliyinə nail olmaq üçün Azərbaycana gələcəkdə də dəstək verəcəyini bildirmiş, bu sahədə əməkdaşlığın təkmilləşdirilməsinin vacibliyini vurğulamışdır.
Sonda qonaq jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]