YUŞŞENKO ONA VERİLƏN ZƏHƏRİN HARADA HAZIRLANDIĞINI BİLİR
AZƏRTAC-ın Ukrinforma istinadla verdiyi xəbərə görə, Ukrayna Prezidenti Viktor Yuşşenko bildirmişdir ki, Ukraynanın təhlükəsizlik xidmətləri ona verilən zəhərin - dioksinin harada hazırlandığı barədə məlumata malikdirlər. O, yanvarın 30-da Si-Bi-Es telekanalına verdiyi müsahibəsində demişdir: “Belə dioksin Rusiyanın, ABŞ-ın və bir sıra digər ölkələrin hərbi laboratoriyalarında hazırlanır”. V.Yuşşenkonun sözlərinə görə, indi dəlillər Baş prokurorluqdadır və son nəticəni də prokurorluq çıxaracaqdır.
Ukrayna Prezidenti demişdir: “Şübhə etmirəm ki, məni hakimiyyətdəki opponentlərim zəhərləmişlər, mənim ölümüm yalnız onlara xeyir gətirərdi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]