Zabux sakini: Vətən uğrunda canından keçən qəhrəmanlarımıza borcluyuq
Bakı, 23 noyabr, AZƏRTAC
Bu xoş günləri bizə yaşadan Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyib, valideynlərinə təşəkkür edirəm. Onların övladları Vətən uğrunda şəhid oldular. Bugünkü gündə bizim sevincimizə səbəb, Laçına qayıtmaq arzumuzu reallaşdıran onlardır. Vətən uğrunda canından keçən qəhrəmanlarımıza borcluyuq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində noyabrın 23-də Bakıdan Laçının Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Arzuman Vəliyev deyib.
İkinci Qarabağ müharibəsində iştirak etdiyini vurğulayan Zabux kənd sakini əlavə edib: “Ata yurdum Laçını görməsəm də bu qayıdışa çox sevinirəm. Arzu edirəm ki, bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar. Allah Müzəffər Ali Baş Komandanımızı və ölkəmizi qorusun”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]