Zaqatala gənclərindən nümunəvi addım
Zaqatala, 22 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi “Könüllülər ili” çərçivəsində həyata keçirdiyi layihələr içərisində vətənpərvərlik mövzusunda tədbirlərə xüsusi yer ayırır.
Nümayəndəliyin rəhbəri Şəlalə Şabanova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gənclər “ŞəhidimİZ” layihəsi çərçivəsində Zaqatala şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, ərazi bütövlüyümüz uğrunda müharibədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, xiyabanda təmizlik işləri aparıb, səliqə-sahman yaradıblar.
Nümayəndəliyin direktoru belə tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini bildirib.