ZAQATALADA GÜL YAĞI EMAL EDƏN ZAVOD TİKİLMİŞDİR
Zaqatala rayonunun Qazangül qəsəbəsində gül yağı emal edən yeni zavodun tikintisi başa çatmışdır. “Cəliar” firmasının maliyyə vəsaiti ilə inşa edilən bu zavodda hazırda müasir dəzgah və avadanlıq quraşdırılır. Yeni müəssisədə 25 nəfərə yaxın işçi daimi işlə təmin olunacaqdır. Zavod tam gücü ilə fəaliyyət göstərdikdə isə işçilərin sayının daha da artacağı gözlənilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda mövcud gül plantasiyalarında bərpa işləri aparılır. Yeni plantasiyaların salınması üçün isə iki hektar torpaq sahəsi ayrılaraq sahibkarlara uzunmüddətli icarəyə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [09:27]
Azərbaycan nefti 124 dollara satılır VİDEO
- 03.10.2026 [07:32]
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
- 02.10.2026 [19:00]