Zaqatalalı gənclər “GəlSƏN” layihəsi çərçivəsində universitet tələbələri ilə görüşüblər
Zaqatala, 12 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi gənclərə “GəlSƏN” adlı yeni layihə təqdim edib.
Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihə çərçivəsində Mərkəzin fəal gəncləri Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında tələbələrin qonağı olublar. Görüş zamanı tələbələrə Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr, təlimlər və digər tədbirlər barədə ətraflı məlumat verilib. Mərkəzin əməkdaşları tələbələri Gənclərin İnkişaf və Karyera Mərkəzinə üzv olmağa, könüllülük və təcrübə proqramlarında iştirak etməyə dəvət ediblər.