Zelenski bütün cəbhə boyu son vəziyyəti açıqlayıb
Kiyev, 10 iyun, AZƏRTAC
Rusiya ordusu Sumı vilayətinin Rıjevka kəndində əməliyyat keçirməyə cəhd edib. Səhər saatlarına olan məlumata görə, düşmənin bayrağı məhv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində yazıb.
Prezident bildirib ki, bu gün Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin məruzəsi dinlənilib. Cəbhənin hər bir istiqaməti üzrə vəziyyət müzakirə olunub.
Sumi rayonunda müdafiə qüvvələri bölgədəki vəziyyətə tam nəzarət edir.
Xarkov vilayətində hazırda Ukrayna Müdafiə Qüvvələrinin əks-zərbə əməliyyatları davam edir.
“Görürük ki, düşmən hansı addımlar atmağı planlaşdırır və biz cavab verəcəyik”, - deyə Zelenski vurğulayıb.
Ən ağır vəziyyət isə Donetsk bölgəsindədir. Ukrayna döyüşçüləri mövqelərini sabitləşdirmək və qorumaq üçün var qüvvələri ilə çalışırlar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]