Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəngəzur dəhlizi təkcə yol deyil, yeni regional nizamın xəritəsidir – ŞƏRH

Zəngəzur dəhlizi təkcə yol deyil, yeni regional nizamın xəritəsidir –  ŞƏRH

Bakı, 16 yanvar, AZƏRTAC

Zəngəzur dəhlizi artıq təkcə regional nəqliyyat layihəsi deyil, Cənubi Qafqazın geosiyasi gələcəyini müəyyən edən strateji platformadır. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirməklə yanaşı, Avropa ilə Asiyanı, Xəzər hövzəsi ilə Aralıq dənizi məkanını əlaqələndirən Trans-Xəzər və Orta Dəhlizin əsas həlqələrindən biri kimi çıxış edir.

Məhz bu səbəbdən Zəngəzur dəhlizi ətrafında formalaşan proseslər yalnız Azərbaycan və Ermənistanı deyil, ABŞ, Avropa İttifaqı, Çin, Rusiya, İran və Mərkəzi Asiya ölkələrini birbaşa maraqlandırır. Burada söhbət təkcə yük daşımalarından yox, təhlükəsizlik, enerji, təchizat zəncirləri və geosiyasi balansdan gedir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

O bildirib ki, Zəngəzur dəhlizi müharibələr, sanksiyalar və siyasi risklər fonunda klassik nəqliyyat xətlərinə alternativ və təhlükəsiz qlobal ticarət marşrutları yaradır. Asiya və Xəzər regionunun resurslarını Qərb bazarlarına və əksinə Avropa mallarını Asiya bazarlarına çıxarır, regional sabitlik üzərindən qlobal iqtisadi dayanıqlığa töhfə verir. Ən vacibi isə Zəngəzur dəhlizi üzərindən daşımalar daha ucuz və qısa vaxt çərçivəsində həyata keçirilir ki, bu da bütün tərəflər üçün xüsusi əhəmiyyət kəsb edir və rəqabətdə digər marşrutları üstələyir.

Bütün maraqlar Zəngəzur dəhlizində kəsişir

“ABŞ-ın Zəngəzur dəhlizini dəstəkləməsi və Ermənistandan keçən hissəsinə TRIPP adının verilməsi bu layihənin beynəlxalq legitimliyini və tanınmasını təmin edir və kənar təsirlərdən qoruyur. Çünki ABŞ üçün Zəngəzur dəhlizi kritik xammal və nadir metalların təhlükəsiz tədarükü, Avropa–Asiya arasında alternativ ticarət marşrutları, qlobal ticarətdə geosiyasi asılılığın azaldılması deməkdir. Ötən ilin 8 avqustunda Vaşinqtonda əldə olunan razılaşmalara əsasən, bu il yanvarın 13-də ABŞ və Ermənistan hökumətləri TRIPP layihəsinin icra mexanizmlərinə dair birgə çərçivə sənədini açıqlayıblar. Layihə ABŞ-ın 74%, Ermənistanın isə 26% paya malik olduğu struktur üzərində qurulur. Bu model göstərir ki, ABŞ iqtisadi və geosiyasi məsuliyyəti üzərinə götürür, Ermənistan isə siyasi riskləri paylaşmağa çalışır”, - deyə deputat qeyd edib.

A.Quliyev deyib ki, Zəngəzur dəhlizi Çin üçün də xüsusi strateji dəyərə malikdir. Pekin uzun illərdir ki, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Avropaya çıxış üçün daha qısa, stabil və siyasi baxımdan riskləri az olan marşrutlar axtarır. Bu baxımdan, Zəngəzur dəhlizi Orta Dəhlizin cənub qolu kimi Çinin Avropaya çıxışını sürətləndirir, Rusiyadan və dəniz yollarından asılılığı azaldır, Çin mallarının Xəzər–Qafqaz–Avropa xətti ilə təhlükəsiz və fasiləsiz daşınmasını təmin edir. Bu layihə, həmçinin Pekin üçün geosiyasi gərginliklər fonunda strateji manevr imkanlarını genişləndirir. Çin üçün əsas üstünlük həm də ondan ibarətdir ki, bu marşrut ideoloji bloklaşmadan kənar, iqtisadi rasionallığa əsaslanan və Azərbaycan kimi etibarlı tərəfdaş üzərindən keçən xətdir.

Deputat Avropa İttifaqı üçün Zəngəzur dəhlizi və onun TRIPP kimi platformalarla inkişafı strateji muxtariyyət siyasətinin tərkib hissəsi olduğuna diqqət çəkib: “Avropa perspektivindən bu dəhliz Asiya ilə ticarətdə təchizat zəncirlərinin şaxələndirilməsi və Rusiyadan keçən marşrutlara alternativ deməkdir. Dəhliz vasitəsilə Avropanın Mərkəzi Asiya və Xəzər hövzəsinin enerji və xammal resurslarına çıxışı asanlaşır, Avropa məkanında sabitlik və proqnozlaşdırma əmsalı artır. Xüsusilə, son illərdə Avropa üçün əsas prioritetlərdən biri enerji və logistika təhlükəsizliyidir. Bu kontekstdə Azərbaycan artıq Avropanın etibarlı enerji tərəfdaşı, logistika mərkəzi, geoiqtisadi körpüsü kimi qəbul olunur. Zəngəzur dəhlizi bu rolu daha da möhkəmləndirir və Avropanın Cənubi Qafqazda uzunmüddətli maraqlarını təmin edən əsas mexanizmlərdən birinə çevrilir”.

Azərbaycan Orta Dəhlizin əsas lokomotivi kimi çıxış edir

A.Quliyev vurğulayıb ki, bütün bu proseslərin mərkəzində Azərbaycanın strateji maraqları dayanır. Belə ki, Zəngəzur dəhlizi Azərbaycanın ərazi bütövlüyünü praktik olaraq tamamlayır, Naxçıvanla birbaşa və maneəsiz əlaqəni təmin edir, Türk dünyasının fiziki və iqtisadi inteqrasiyasını gücləndirir, ölkəni Avrasiya məkanının əsas logistika və siyasi mərkəzlərindən birinə çevirir. Bundan başqa, Azərbaycan artıq Orta Dəhlizin əsas lokomotivi kimi çıxış edir. Bakı–Tbilisi–Qars, Bakı Limanı, Ələt Azad İqtisadi Zonası və Trans-Xəzər marşrutları göstərir ki, real infrastruktur və siyasi iradə məhz Azərbaycandadır. TRIPP kimi təşəbbüslərin uğuru isə birbaşa Azərbaycanın iştirakı və razılığı ilə mümkündür. Çünki layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantını nəzərdə tutur, Trans-Xəzər marşrutunun mərkəzində məhz Azərbaycan dayanır, regional sabitliyin əsas təminatçısı kimi Bakının rolunu obyektiv şəkildə qəbul edir. Nəhayət, Azərbaycanın liderliyi yalnız tranzit ölkə olmaqla məhdudlaşmır. Bakı bununla, həm də sülh gündəliyini diktə edən, regional əməkdaşlıq formatlarını formalaşdıran, geosiyasi riskləri balanslaşdıran tərəf kimi çıxış edir.

Deputat sonda əlavə edib ki, Zəngəzur dəhlizi və ya TRIPP layihəsi ətrafında baş verən proseslər bir daha göstərir ki, Cənubi Qafqaz kənar güclərin rəqabət meydanı yox, yeni əməkdaşlıq platformasına çevrilir. Bu transformasiyanın əsas aparıcı qüvvəsi isə Azərbaycanın siyasi iradəsi, diplomatik çevikliyi, yaratdığı yeni reallıqlar və güc balansıdır. Məhz bu səbəbdən Zəngəzur dəhlizi təkcə yol deyil, yeni regional nizamın xəritəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq