Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəngəzur dəhlizinin açılması türk dövlətləri üçün strateji əhəmiyyət kəsb edir - Açıqlama

Zəngəzur dəhlizinin açılması türk dövlətləri üçün strateji əhəmiyyət kəsb edir -  Açıqlama

Bakı, 22 may, Ramiz Quliyev, AZƏRTAC

Vətən müharibəsində tarixi Zəfərimizdən sonra yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında irimiqyaslı quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdış”ın təmin edilməsi tədbirləri görülür, sosial infrastruktur formalaşdırılır, bir sözlə, işğaldan azad olunmuş ərazilərdə həyat qaynayır və canlanmaqdadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, professor, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Şəfa Əliyev deyib.

İqtisadçının fikrincə, bu layihələr içərisində ən önəmlisi Zəngəzur qlobal nəqliyyat dəhlizidir. Ümumiyyətlə, Zəngəzur dəhlizi hazırda beynəlxalq səviyyədə nəqliyyat-logistika və kommunikasiyaların açılması, ölkələrin, bölgələrin, regionların, qitələrin inteqrasiyası və beynəlxalq ticarət proseslərinin intensivləşdirilməsi, əmtəə və investisiya axınlarının sürətləndirilməsi, qitələr arasında ticarət-iqtisadi əlaqələrin yeni mərhələyə qaldırılması, bununla bağlı xərclərin optimallaşdırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Bu amillər öz növbəsində Zəngəzur dəhlizinin rolunu artıran arqumentlərdəndir. Müasir qlobal iqtisadi və texnoloji çağırışların sürətləndiyi bir şəraitdə bu qeyd olunanlar mühüm elementlər kimi qiymətləndirilir: “Eyni zamanda, son dövrlərdə dünyada baş verən ziddiyyətli hadisələr, müharibələr, ABŞ və Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı sanksiyaları, Çin ilə münasibətlərin pisləşməsi, regionda olan bəzi dövlətlərin qeyri-konstruktiv davranışları qlobal nəqliyyat dəhlizlərinə yeni baxışları formalaşdırıb. Zəngəzur dəhlizi kimi belə bir kommunikasiyanın açılmasında nə qədər güclü ölkələrin marağının olduğunu da nəzərdən qaçırmaq olmaz. Zəngəzur nəqliyyat dəhlizinin açılması, əslində həm də böyük dövlətlərin marağındadır, o cümlədən Avropa İttifaqının maraq dairəsindədir. Qlobal iqtisadiyyatın önündə gedən ən iri iqtisadiyyata malik ölkələrdən biri olan Çinin marağındadır və bütün bunlar Zəngəzur nəqliyyat dəhlizinin aktuallığını və strateji əhəmiyyətini özündə ehtiva edir. Bununla belə, hesab edirəm ki, Zəngəzur qlobal nəqliyyat dəhlizinin açılması, ilk növbədə, türk dövlətləri üçün tarixi əhəmiyyət və strateji məna kəsb edir. Türk dövlətləri yüz illərdir ki, bir-birlərindən ayrı düşmüşlər və onların arasında quru əlaqələrin kəsilməsi nəticəsində bu dövlətlərin inteqrasiyasında, coğrafi bağlılıqlarının qorunmasında ciddi problemlər yaranıb. Rusiya və İran Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının süquta uğraması və Türkiyənin müstəqil dövlət kimi formalaşmasına müəyyən vaxtın lazım gəlməsini fürsət kimi dəyərləndirərək, xaincəsinə türk dünyasının coğrafiyasını yaralamağa nail oldular. Məhz Rusiya bolşevikləri Azərbaycanla Naxçıvan arasında olan ərazini Ermənistana verməklə, Azərbaycanla Türkiyə arasında quru sərhədləri kəsməyə nail oldular, bu da Azərbaycanın inkişafından ötrü çox ciddi əngəllər yaradıb və bu problemlər hələ də davam etməkdədir”.

Ş.Əliyev bildirib ki, bu amillər baxımından Zəngəzur dəhlizinin açılması türk dövlətləri üçün, onların iqtisadi inteqrasiyasından ötrü kifayət qədər strateji əhəmiyyət kəsb edir. Türk dövlətlərinin ümumi bazarı 1,2 trilyon dəyərində qiymətləndirilir və bura dünyanın ilk 15 iqtisadiyyatı sırasında olan Türkiyə iqtisadiyyatı, Mərkəzi Asiyada kifayət qədər güclü bir iqtisadiyyata malik olan Qazaxıstan, həmçinin Özbəkistan, Türkmənistan, Qırğızıstan və Azərbaycan iqtisadiyyatları daxildir. Ümumilikdə, türkdilli dövlətlərin ərazilərində kifayət qədər resurslar, təbii ehtiyatlar, yeraltı-yerüstü sərvətlər var. Təbiət türk dövlətlərinə kifayət qədər resurslar bəxş edib. Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkmənistanda neft və qaz yataqları var. Sevindirici haldır ki, son dövrlərdə Türkiyə Qara dənizdə təbii qaz hasilatına başlayıb. Bu təbiətin türk dövlətlərinə bəxş etdiyi milli sərvətlərdir və hesab edirik ki, Zəngəzur dəhlizinin açılması ilə türk dövlətlərinin inteqrasiyası yeni bir müstəviyə və mərhələyə çıxacaq.

Mərkəz rəhbərinin fikrincə, bu, təkcə adi iqtisadi əlaqələrin genişlənməsi yox, həm də türk dünyasının birləşməsi, mədəniyyətinin, adət-ənənələrinin daha çox bir-birinə yaxınlaşması, gediş-gəlişin, alqı-satqı proseslərinin intensivləşməsi və nəticədə türkdilli dövlətlərinin iqtisadi layihələrinin reallaşdırılmasında yeni imkanların yaradılması və iqtisadi gücünün artması potensialı formalaşacaq.

Beləliklə, Zəngəzur dəhlizinin açılması həm də türk dünyasının güclənməsinə, türkdilli dövlətlərin təşkilatlanmasında yaranan yeni şəraitdə onların dünya iqtisadiyyatında və dünya siyasətində daha önəmli rol oynamasına imkan verəcək.

Ən əsası isə türkdilli dövlətlərin iqtisadi tərəqqisinə, əhalinin yaşayış səviyyəsinin artırılmasına, iqtisadi və milli təhlükəsizliyinin, müdafiəsinin gücləndirilməsinə, yüksək texnologiyaların inkişafı üçün transfer mübadiləsinin intensivliyinə və türk dünyasının dəyərlərinin qorunub saxlanılmasına, inkişaf etdirilməsinə yeni resursların cəlb edilməsinə imkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə