İQTİSADİYYAT
“Zığ-Hövsan Abşeron” yatağında neft istehsalı azalacaq
Bakı, 9 yanvar, AZƏRTAC
2021-ci ildə “Zığ-Hövsan Abşeron” yatağından xam neft hasilatı azalacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, cari ildə yataqdan 0,47 milyon barrel neft hasilatı gözlənilir. Ötən il “Zığ-Hövsan Abşeron”dan istehsal 0,48 milyon barrel, 2019-cu ildə isə 0,50 milyon barrel olub.
Qeyd edək ki, “Zığ” yatağı Bakının şimal-şərqində yerləşir və 1935-ci ildən sənaye işlənməsinə verilib. “Hövsan” yatağı isə Bakıdan 20 kilometr şərqdə, Abşeron yarımadasının cənubunda yerləşir və 1948-ci ildən sənaye işlənməsinə verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]