Zinəddin Zidan “Real Madrid”də ildə 16 milyon avro məvacib alacaq VİDEO
Bakı, 12 mart, AZƏRTAC
“Real Madrid” klubunun yeni baş məşqçi Zinəddin Zidan ilə imzalanan müqavilənin detalları məlum olub.
AZƏRTAC “Eurosport.ru” saytına istinadla xəbər verir ki, fransalı mütəxəssis “kral klubu”nda ildə 16 milyon avro məvacib alacaq. Z.Zidan klubun prezidenti Florentino Peresin təklifini qəbul edərkən bir neçə şərt irəli sürüb. Belə ki, o, “Çelsi” klubunda forma geyinən iki futbolçunun - belçikalı Eden Hazardın və fransalı Nqolo Kantenin transfer olunmasını, müdafiəçi Marselonun və yarımmüdafiəçi İskonun komandada saxlanılmasını tələb edib.
“Hazırda Ronaldonun kluba qayıdışı barədə danışmağın zamanı deyil. Ronaldo “Real Madrid”in tarixidir və bunu dəyişmək olmaz. Mən Ronaldonu kimin əvəz edə biləcəyi barədə hələ düşünməmişəm. İndi sadəcə öz evimə qayıtdığım üçün sevinirəm. Qarşıda 11 oyunumuz var. Ondan sonra isə növbəti mövsümə hazırlaşacağıq. Klub prezidenti mənə zəng edəndə yox deyə bilmədim”, - deyə Z.Zidan bildirib.
Xatırladaq ki, müqaviləyə əsasən, Zinəddin Zidan 2022-ci ilədək “Real Madrid”in baş məşqçisi vəzifəsində çalışacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]