“Zirə” klubu 3 futbolçusu ilə yeni müqavilə imzalayıb
Bakı, 12 may, AZƏRTAC
“Zirə” klubu 3 futbolçusu ilə yeni müqavilə imzalayıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, müdafiəçi Təmkin Xəlilzadə, qapıçılar Anar Nəzirov və Kamal Bayramov “qartallar”ın sırasında qalıb. Hər 3 futbolçu ilə birillik müqaviləyə imza atılıb.
Qeyd edək ki, hər üç futbolçu Premyer Liqadakı debüt mövsümündən komandada çıxış edir.