Azərbaycan Dövlət İnformasiya Agentliyi

ZİRVƏDƏN-ZİRVƏYƏ DOĞRU ADDIMLAYAN AZƏRBAYCAN GÜLƏŞİ

Bakı, 14 iyul (AZƏRTAC). Zamanın yaddaş kitabında Azərbaycan pəhləvanları daim öz gücü, qüvvəsi, inadkar, amma olduqca mübariz çıxışları ilə diqqəti cəlb etmiş, həmişə seçilib fərqlənmişlər.

Azərbaycan xalqının özünəməxsus döyüş ruhu, qorxmazlıq mübarizəsi güləş idman növünün forma və ənənələrində əsrlər boyu qorunaraq, bu günümüzə qədər gəlib çatmışdır. İstər keçmiş sovet dövründə, istərsə də müstəqil Azərbaycanımızda idmanın bu növünə xüsusi maraq olmuşdur. Bunun başlıca səbəblərindən biri, bəlkə də birincisi xalqımızın qorxmadan zəfər və qələbə naminə apardığı saysız-hesabsız döyüşlərdən, müharibələrdən irəli gəlmişdir.

Azərbaycan xalqının yaddaşında olan milli güləş tarixən daha qədimdir. Milli güləşin elementlərinə Qobustan qayalarında, klassik ədəbiyyatda, şifahi xalq ədəbiyyatında, o cümlədən dastanlarda daha çox rast gəlmək mümkündür.

Güləşin qədimliyini sübut edən faktlardan biri də Azərbaycanda toy və bayram şənliklərində insanların bu növdə özlərini sınamalarıdır. Azərbaycanda güləş yarışları xüsusi yerlərdə - zorxanalarda keçirilmişdir. Güclü ənənələri ilə seçilib-fərqlənən bu idman növünün aparıcı simaları vaxtilə dünyanın hər yerində tanınmışlar. Bunlara əyani misal olaraq XX əsrin əvvəllərində yaşamış pəhləvanlarımız Sali Süleyman, Rəşid və Cümşüd Yusifov qardaşlarını göstərmək olar.

Milli güləşin inkişaf etməsi və gənclərin sevimli məşğələsinə çevrilməsi bir tərəfdən milli irsimiz və ənənələrimizlə bağlıdırsa, digər tərəfdən, sonradan meydana gəlmiş peşəkar güləş məktəbi ilə əlaqədardır.

Güləş Azərbaycanda hər zaman insanların diqqət mərkəzində olan idman növüdür. Bu idman növü ilə məşğul olan idmançılarımızın uğurları getdikcə daha da artır. Təsadüfi deyildir ki, müstəqilliyimizin bərpasından sonra beynəlxalq miqyasda qazandığımız ilk medallar da güləşçilərimizin adı ilə bağlıdır.

Azərbaycan güləşinin bir idman növü kimi təşəkkül taparaq inkişaf etməsində misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev gənclərin fiziki sağlamlığı naminə bütün qüvvələri səfərbər edərək, qədim tarixi kökləri olan bu idman növünə böyük maraq yaratmışdır. Bu gün isə ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilən idman siyasətinin, idmana və idmançılara göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda güləş məktəbi gündən-günə inkişaf edir, güləşçilərimiz yeni-yeni zirvələr fəth edir, bu yolda inamla irəliləyirlər.

Pəhləvanlarımızın 2009-cu ilin Avropa çempionatında 5 qızıl, 2 gümüş və 2 bürünc, dünya çempionatında 3 qızıl, 4 gümüş və 3 bürünc, 2010-cu il Avropa çempionatında isə 7 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmaları buna əyani sübutdur.

Avropa çempionatında medal qazanmış idmançılarımızla görüşən Prezident İlham Əliyev demişdir: “Güləş Azərbaycanda həmişə idmanın ən populyar, ən birinci növlərinin sırasındadır. Azərbaycanda güləşin böyük tarixi, böyük ənənələri vardır. Bu gün güləşçilərimiz Azərbaycanın idman şöhrətini yüksəklərdə saxlayırlar… Son illər ərzində Güləş Federasiyasında doğrudan da ciddi dönüş yaranıb. Çox gözəl ab-hava vardır. Bilirəm ki, idmançılarla federasiya əməkdaşları arasında, məşqçilər arasında çox gözəl münasibətlər vardır. Bu, məni çox sevindirir və hesab edirəm ki, hər bir sahədə işlər düzgün təşkil olunanda nəticələr də yüksək olur. Bu qələbələr, ilk növbədə, idmançıların qələbələridir, onların uğurudur. Ancaq əlbəttə ki, məşqçilər, idman mütəxəssisləri, federasiya rəhbərliyi bu qələbəyə öz töhfəsini vermişdir. Bizdə idmanla məşğul olmaq üçün bütün imkanlar, bütün şərait vardır və bu gün idmanın güləş növü bunu bir daha sübut etdi. Biz güclülərin sırasındayıq, biz bu zirvəyə qalxmışıq. Zirvəyə qalxmaq çox çətin və şərəfli işdir. Ancaq zirvədə qalmaq ondan da çətindir və sadəcə olaraq, son 2-3 ilin tarixi onu göstərir ki, biz bu zirvədə öz yerimizi möhkəmləndirmişik”.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan güləşçiləri bu gün də zirvəyə doğru inam və əzmlə irəliləyirlər. Təsadüfi deyildir ki, FİLA-nın və onun təşkilat komitəsinin, Avropa Güləş Federasiyasının, digər beynəlxalq idman təşkilatlarının rəhbərləri əminliklə deyirlər: həm inkişafına, həm də idman sahəsindəki təşkilatçılığına, müasir qurğularına, həmçinin idmançılarına görə Azərbaycan ən yüksək, dünya miqyaslı idman tədbirlərinə və ən vacibi isə Olimpiya oyunlarına ev sahibliyi etmək iqtidarındadır.

Bütün bu həqiqət dolu sözlərin kökündə son illər Azərbaycanın bütün bölgələrində müasir standartlara cavab verən Olimpiya-idman komplekslərinin inşa edilməsi durur. Müasir standartlara cavab verən bu komplekslər ən vacib idman qurğuları ilə təchiz edilmiş və idmançılar üçün hər cür şərait yaradılmışdır.

Ən maraqlı məqamlardan biri isə mötəbər beynəlxalq yarışlara ev sahibliyi edən Bakının bu günlərdə daha bir möhtəşəm yarışa hazırlaşmasıdır. Belə ki, iyulun 16-dan 18-dək Bakıda güləş üzrə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcəkdir. Son illər ənənəvi olaraq keçirilən bu möhtəşəm yarışa cari ildə dünyanın 30-dan çox ölkəsini təmsil edən pəhləvanlar qatılacaqlar. Yenə də idmançılarımızın qarşısında zirvəyə doğru inamla addımlayıb birincilik qazanmaq ən ali məqsəd kimi qoyulmuşdur.

Bütün yarışlarda bacarıq və hazırlığı ilə qələbələrə imza atan Azərbaycan güləşçiləri 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarında ölkəmizin şərəfini ləyaqətlə qoruyacaqlar. Biz buna inanırıq və bu yolda hər bir güləşçimizə uğurlar arzulayırıq.

Samirə Allahverdiyeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu