Zurab Pataradze: Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir
Tbilisi, 23 dekabr, AZƏRTAC
Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisidə jurnalistlərə müsahibəsində Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze söyləyib.
Onun sözlərinə görə, cari ilin 10 ayında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 850 milyon dollar təşkil edib.
“Biz hesab edirik ki, yaxın illərdə bu göstərici daha da artacaq. Bunun üçün geniş imkanlar var”, - deyə Z.Pataradze vurğulayıb.
Diplomat deyib ki, Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlərinin Tbilisidə keçirilən görüşündə ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın perspektivləri, eləcə də turizm, nəqliyyat sahəsində daşınmalar və digər vacib məsələlər müzakirə olunub, müəyyən razılaşmalar əldə edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]