“ZVİADÇILAR” SİLAHI KƏTMƏNƏ DƏYİŞİRLƏR
Bu sənəd əsasında 14 nəfərdən ibarət bir qrup “zviadçı” atıcı silahını daxili işlər naziri Georgi Baramidzeyə təhvil vermiş və əvəzində dinc həyata qayıdış əlaməti olaraq, kətmən almışlar. Baramidzenin Qamsaxurdia tərəfdarları ilə görüşü Qərbi Gürcüstanda, “zviadçılar”ın son 12 ildə meşələrdə gizləndikləri Skuri kəndində olmuşdur.
Prezidentin sərəncamına əsasən, 1991-1992-ci illərin vətəndaş müharibəsinin iştirakçıları kimi, “zviadçılar” barəsində qaldırılmış cinayət işlərinə xitam verilmişdir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Qərbi Gürcüstanda Qamsaxurdianın hələ onlarca tərəfdarı qalır. DİN onlarla danışıqlar aparır.