Görkəmli rus yazıçısı Fyodor Dostoyevskiyə həsr olunmuş mühazirə-diskussiya təşkil edilib

23.11.2021 [12:13]
Bakı Kitab Mərkəzində dahi rus yazıçısı Fyodor Dostoyevskiyə həsr olunmuş mühazirə-diskussiya keçirilib. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, filoloq, publisist və tədqiqatçı Leyla Sultanzadənin aparıcılığı ilə keçən tədbirdə yazıçının həyatında baş verən müxtəlif maraqlı hadisələrdən ...

Elnur Əliyev: Nizami Gəncəvi Beynəlxalq Forumunun zəngin proqramı var

23.11.2021 [11:58]
Prezidentin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Bu münasibətlə Mədəniyyət Nazirliyi bir sıra tədbirlər keçirir. Növbəti tədbirimiz “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu olacaq ...

Kitabxana Nizami Gəncəviyə həsr olunmuş şeir müsabiqəsinin birinci seçim turuna yekun vurub

23.11.2021 [11:51]
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan şeir müsabiqəsinin birinci seçim turuna yekun vurub ...

Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür

23.11.2021 [11:42]
Noyabrın 23-ü dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür. Bu gün Üzeyir bəyin ruhu şaddır. Ona görə ki, bəstəkarın boya-başa çatdığı, millətimizin qürur rəmzi olan Şuşa, düşmən tapdağından azad edilib. Artıq Üzeyir Hacıbəylinin ruhunun dolaşdığı ...

Dünya şöhrətli fotoqraf Reza Deqati İçərişəhərdə həyata keçiriləcək layihələrlə maraqlanıb

23.11.2021 [10:35]
Azərbaycan əsilli dünya şöhrətli fotoqraf Reza Deqati İçərişəhərdə qonaq olub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, məşhur fotoqraf İçərişəhərdə həyata keçiriləcək ...

“ART könüllü” proqramı davam edir

23.11.2021 [05:56]
“YARAT” Müasir İncəsənət Məkanı “ART könüllü” proqramını uğurla davam etdirir. AZƏRTAC xəbər verir ki, proqram müxtəlif layihələrdə iştirak etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və digər ...

İspaniya hökuməti turizmin inkişafına 615 milyon avro ayıracaq

23.11.2021 [03:28]
İspaniyanın Baş naziri Pedro Sançes turizm sektorunun davamlı inkişaf planlarına 615 milyon avro ayıracağını bildirib. AZƏRTAC xəbər verir ki, Pedro Sançes bu “tarixi” sərmayənin İspaniyanı turizm sahəsində lider ölkəyə çevirən şirkətlərə kömək ...

Odre Azulenin yenidən UNESCO-nun baş direktoru seçilməsi münasibətilə tədbir təşkil olunub VİDEO

23.11.2021 [00:12]
UNESCO Baş Konfransı çərçivəsində Odre Azulenin yenidən qurumun baş direktoru seçilməsi münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, UNESCO II seçki qrupunun adından Azərbaycanın qurum yanındakı daimi ...

Rejissor Oliver Stounun Nursultan Nazarbayev haqqında çəkdiyi film Bakıda təqdim olunub

22.11.2021 [19:54]
Bakıda Nizami Kino Mərkəzində Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin həyat və fəaliyyətinə həsr olunmuş “Qazax. Qızıl adamın tarixi” (Qazaq. History of Golden Man) filmi təqdim olunub. AZƏRTAC xəbər verir ki, filmin müəlliflərindən biri tanınmış amerikalı rejissor, üç dəfə Oskar ...

Xalq artisti Fidan Hacıyevanın rəhbərliyi ilə xanımlardan ibarət orkestr yaradılıb

22.11.2021 [17:41]
Azərbaycanda ilk dəfə olaraq xanımlardan ibarət Kamera Orkestrin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, orkestrin yaradıcısı Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyevadır ...

Elnur Əliyev: Kino maliyyə baxımından cəlbedici sahədir

22.11.2021 [15:31]
Azərbaycan kino sənayesini inkişaf etdirmək məqsədlərimizdən biridir. AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında söyləyib ...

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirəsi anılıb

22.11.2021 [15:09]
Noyabrın 22-də görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 99-cu ildönümü tamam olur. AZƏRTAC xəbər verir ki, bu münasibətlə tanınmış mədəniyyət xadimləri və Azərbaycan Bəstəkarlar İttifaqının ...

“Bütün yollar Şuşaya aparır” kitabının təqdimat mərasimi olub

22.11.2021 [15:04]
Noyabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Bütün yollar Şuşaya aparır” kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, kitabda Vaqif Poeziya Günlərindəki çıxışlar, oxunan şeirlər, həmçinin həmin günlər barədə yazılan məqalələr, reportajlar, poetik təəssüratlar toplanıb ...

Xalq artisti Əliabbas Qədirova həsr olunan ədəbi-bədii gecə keçirilib

22.11.2021 [14:40]
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əli Əmirov adına Mədəniyyət Sarayında Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Əliabbas Qədirovun anadan olmasının 75 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib. İdarədən AZƏRTAC-a bildirilib ki, gecədə tanınmış incəsənət xadimləri, aktyorlar ...

“Nizamini oxuyaq” kitab-albomun və “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının təqdimatı olub

22.11.2021 [14:18]
Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ingilis dilində çapdan çıxardığı “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi) kitab-albomun və Milli Kitabxananın nəşr etdirdiyi “Nizami Gəncəvi ...

Əlcəzair qəzetində Nizami Gəncəviyə həsr olunmuş məqalə dərc olunub

22.11.2021 [14:12]
Əlcəzairin “əl-Şuruq” qəzetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş geniş məqalə dərc edilib. Azərbaycanın Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun müəllifi olduğu məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyi ...

“Çeşmə” folklor qrupu Konyada keçirilən aşıqlar bayramında iştirak edib

22.11.2021 [13:56]
Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı və onun rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu Türkiyənin Konya şəhərində keçirilən Aşıqlar bayramında iştirak edib. Azərbaycan Aşıqlar Birliyindən AZƏRTAC-a bildirilib ki, Karatay bələdiyyəsinin ev sahibliyi və bələdiyyə başqanı ...