AMEA və Özbəkistan İnnovativ İnkişaf Nazirliyi birgə müsabiqə elan edir

16.09.2022 [12:08]
AMEA və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında anlaşma memorandumu çərçivəsində iki ölkənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün layihə müsabiqəsi elan edilir ...

Nazirlik: 2022-2023-cü tədris ilində bir nəfər Qazaxıstanda təhsil almaq hüququ qazanıb

16.09.2022 [12:05]
Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığa dair 2017-ci il 3 aprel tarixli müqaviləyə uyğun olaraq, bir nəfər Azərbaycan Respublikası vətəndaşı 2022-2023-cü tədris ili üzrə Qazaxıstanda təhsil almaq imkanı qazanıb. Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib ...

Ali Attestasiya Komissiyasında iddiaçılara diplom və attestatlar təqdim edilib

16.09.2022 [12:01]
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 16 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 27 iddiaçıya fəlsəfə doktoru diplomları və dosent attestatlarının təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Ali Attestasiya Komissiyasından məlumat verilib ...

BDU-nun alimi yüksək impakt faktorlu jurnalın xüsusi bölməsinin redaktoru oldu

16.09.2022 [11:57]
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimov və Çex Respublikasının Palacky Universitetinin professoru Josef Mikeşin redaktoru olduğu “Müasir fizikada diferensial həndəsi üsullar” (Differential Geometric Methods in Modern Physics) adlı xüsusi bölmə ...

Azərbaycanın “Qırmızı kitabı”nın III nəşri ilə bağlı Şuşada tədqiqatlar aparılıb

16.09.2022 [11:48]
Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva, Etnobotanika laboratoriyasının aparıcı elmi işçiləri Elman Yusifov və Nuri Mövsümovanın iştirakı ilə Şuşa və Füzulinin ətraf ərazilərində ilkin botaniki ekspedisiya həyata keçirilib ...

Pedaqoji Universitetə yeni qəbul olmuş tələbələr tədris prosesi barədə məlumatlandırılıb

16.09.2022 [11:29]
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində universitetə yeni qəbul olmuş I kurs tələbələri ilə görüş keçirilib. ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov universitetə yeni qəbul olunmuş tələbələri təbrik edərək onlara uğurlar arzulayıb ...

AMEA ilə Özbəkistanın Elmi-Texniki İnformasiya Mərkəzi arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

16.09.2022 [11:23]
AMEA-nın Rəyasət Heyətində Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru dosent Abdulaziz Abduvaliyevlə görüş keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində ...

Pedaqoji Universitetdə “SABAH” qruplarına qəbul olunan tələbələrlə görüş keçirilib

16.09.2022 [11:06]
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “SABAH” qruplarına bakalavr səviyyəsi üzrə qəbul olunan tələbələrlə görüş keçirilib. ADPU-dan AZƏRTAC-a bildirilib ki, bu il “SABAH” qruplarının bakalavr səviyyəsinə ibtidai sinif müəllimliyi ixtisası üzrə ...

Bu il ADNSU-nun bakalavriat pilləsinə 3 min 367 gənc qəbul olunub

16.09.2022 [11:02]
2022-2023-cü tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bakalavriat pilləsinə 3 min 367 gənc qəbul olunub. Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib ...

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olan I kurs tələbələri ilə görüş keçirilib

16.09.2022 [10:57]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb və onları tələbə adını qazanmaları münasibətilə təbrik edib. AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə son günlər ölkəmizə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən ...

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam edir

16.09.2022 [10:36]
Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam edir. Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsahibə mərhələsi sentyabrın 19-dək davam edəcək. Qeyd edək ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə ...

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

16.09.2022 [10:29]
Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service - ETS) TOEFL iBT imtahanı sentyabrın 17-də Dövlət İmtahan Mərkəzinin (DİM) Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq. DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan verəcək şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi ...

Bu gün müəllimlərin müddətli müqavilə ilə növbəti vakansiya seçiminə başlanılır

16.09.2022 [10:19]
Bu gündən etibarən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi başlanır. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, vakansiya seçimi sentyabrın 19-u saat 11:00-dək davam edəcək ...

BSU ilə Belçikanın Gent Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

16.09.2022 [10:17]
Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Belçikanın Gent Universitetinin Türk dili bölməsinin rəhbəri professor Yohan Vandevalle ilə görüşüb. Bu barədə AZƏRTAC-a BSU-dan məlumat verilib. Rektor Anar Nağıyev qonağa BSU-nun tarixi, fəaliyyət istiqamətləri, təhsil proqramları ...

Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsinə qeydiyyat davam edir

16.09.2022 [09:55]
Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi üzrə qeydiyyat sentyabrın 29-dək davam edəcək. Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. İmtahan kağız daşıyıcılar vasitəsilə iki mərhələ üzrə təşkil olunur. Namizədlər DİM-saytında qeydiyyatdan keçə bilərlər ...

Rezidenturanın boş qalan plan yerlərinə ixtisas seçimi aparılır

16.09.2022 [09:47]
Rezidenturanın boş qalan plan yerlərinə ixtisas seçimi davam edir. AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 09:45-dək olan məlumata görə, 40 (Azərbaycan bölməsi -39, rus bölməsi - 1) nəfər ərizəsini təsdiqlədib. İxtisas seçimi sentyabrın 19-dək davam edəcək ...

Neft texnologiyaları sahəsində ilk qadın elmlər doktoru – İzzət Orucova

16.09.2022 [09:42]
İzzət Orucova neft kimyası sahəsində görkəmli alimlərdən, həmçinin keçmiş Sovet İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut – Aşqarlar Kimyası İnstitutunun ilk yaradıcılarından biri olub. Onun fəaliyyəti əsasən aşqarlar kimyasının inkişafına və daha mükəmməl sürtkü materiallarının ...

AzTU: Yeni tədris ilinin ilk günündə tələbələrlə vətənpərvərliyin təbliği istiqamətində söhbət aparılıb

15.09.2022 [19:24]
Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ili başlayıb. AzTU-dan AZƏRTAC-a bildirilib ki, yeni tədris ilinin ilk günündə bütün fakültələrdə tələbələrlə vətənpərvərliyin təbliği istiqamətində söhbət aparılıb ...

Doktorantlar və gənc tədqiqatçılar üçün onlayn infosessiya təşkil olunub

15.09.2022 [18:46]
Doktorantların və gənc tədqiqatçıların XXV respublika elmi konfransı (NASCO) ilə bağlı yaranan sualları cavablandırmaq və ictimaiyyəti məlumatlandırmaq məqsədilə infosessiya keçirilib ...