Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda MDB iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclası keçirilib [YENİLƏNİB] VİDEO

Bakı, 12 oktyabr, Laçın Sultanova, AZƏRTAC

Bakıda MDB iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iclasda çıxış edib. O deyib ki, intensiv miqrasiya prosesləri dünyanın müxtəlif regionları, o cümlədən MDB ölkələri üçün də aktualdır. Ortaq tarix, çoxdan yaranmış mədəni əlaqələr, müştərək ənənələr, ünsiyyətdə dil baryerlərinin olmaması əhalinin yerdəyişməsi üçün obyektiv zəmin yaradır. Bu proseslərin mürəkkəb və müəyyən qədər kortəbii olması, habelə onlarla bağlı risklər həm milli, həm də beynəlxalq səviyyədə miqrasiya siyasətinə yeni yanaşmalar tələb edir.

Prezident Administrasiyasının şöbə müdiri xatırladıb ki, postsovet məkanında qaçqınlar və məcburi köçkünlər problemi ilə üzləşən ilk ölkə Azərbaycan olub. O deyib: “XX əsrin 80-ci illərinin axırlarından etibarən Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə əlaqədar Ermənistan SSR ərazisində azərbaycanlılara qarşı keçirilmiş kütləvi etnik təmizləmə siyasəti, habelə Azərbaycan ərazisinin 20 faizinin erməni silahlı dəstələri tərəfindən işğal edilməsi nəticəsində bir milyondan çox həmvətənimiz, yəni, faktiki olaraq hər səkkiz nəfərdən biri doğma yurdundan zorla qovulub. Sonrakı dövrdə çox böyük çətinliklərə baxmayaraq, Azərbaycan dövləti bu qaçqınların və məcburi köçkünlərin bütün əsas ehtiyaclarını təmin etməyə və onların cəmiyyətə uğurla inteqrasiyasına nail oldu. Lakin işğalın mənfi nəticələri həm də onda təzahür edir ki, bu ərazilər qeyri-leqal miqrasiya və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə edilir”.

Fuad Ələsgərov bu gün dünyada baş verən miqrasiya proseslərinə də toxunub. Şöbə müdiri deyib: “Bu gün Suriyadan milyonlarla insanın kütləvi şəkildə qaçqın düşməsi miqrasiya proseslərinin bütöv regionların taleyinə təsirinə ən əyani misaldır. Yüz minlərlə suriyalı qaçqın müharibənin dəhşətlərindən sığınacaq tapmağa cəhd edərək Avropaya üz tutur və görürük ki, Avropa dövlətləri, çox təəssüf, bu miqrantlar axınını səmərəli tənzimləməyə qadir olduğunu nümayiş etdirmir, əksinə, aralarında çoxlu qadınlar və uşaqlar olan qaçqınlarla sərt, hətta amansız davranırlar. Hərçənd, bu güclü miqrasiya axınını çox cəhətdən məhz Qərb ölkələrinin bütövlükdə Yaxın Şərqə və xüsusən Suriyaya münasibətdə yürütdüyü siyasət doğurub.

Prezident Administrasiyasının rəsmisi dünyada cərəyan edən miqrasiya proseslərindən söhbət açaraq bildirib: “Əfqanıstanda, İraqda və Suriyada mürəkkəb siyasi şərait və döyüş əməliyyatları həm bütövlükdə MDB ölkələrinə, həm də bizim regiona təsiri olan miqrasiya proseslərinin güclənməsində müəyyən rol oynayır. Bununla əlaqədar başqasının adına olan saxta sənədlərlə sərhəd-buraxılış məntəqələrindən Azərbaycana keçməyə cəhd göstərən qeyri-leqal miqrantların sayının müəyyən qədər artmasını müşahidə edirik. Sərhəd-buraxılış məntəqələrindən kənar şəxsiyyəti təsdiq edən sənədlərsiz və ya etibarsız sənədlərlə sərhədi keçmək cəhdləri də olur.

Fuad Ələsgərov əmək miqrasiyası məsələsinə toxunaraq iclas iştirakçılarına məlumat verib ki, Azərbaycanda əmək miqrasiyasının xüsusi çəkisi çox yüksəkdir, Azərbaycan miqrantların getdiyi dövlətdən və tranzit ölkədən son təyinat ölkəsinə çevrilməkdədir.

Prezident Administrasiyasının şöbə müdiri onu da bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən miqrasiya proseslərinin dövlət tənzimlənməsi məsələlərinin təkmilləşdirilməsi üzrə mühüm işlər görülüb, dövlət proqramı təsdiq edilib. Həmçinin institusional mexanizmlər yaradılıb, informasiya texnologiyaları tətbiq edilib. Etibarlı uçot və nəzarət sisteminin təşkil edilməsi məqsədilə miqrasiya sahəsində vahid informasiya sistemi yaradılıb. Sərhəd-buraxılış məntəqələrində ölkəmizə gələn əcnəbiləri Azərbaycanda olma və yaşama qaydaları barədə informasiya ilə təmin edən miqrasiya servisləri yaradılıb.

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Müstəqil Dövlətlər Birliyinin fəaliyyətinin daim dəstəklənməsinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib. S.Lebedev xatırladıb ki, MDB-nin yaradılmasından 25 il keçir. Bu müddətdə MDB-nin beynəlxalq və regional birlik kimi özünü təsdiq etməsini vurğulayan icraçı katib MDB məkanında miqrasiya məsələlərinin müzakirə edilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev iclasda çıxış edərək deyib ki, MDB orqanlarından biri olan Miqrasiya Orqanlarının Rəhbərləri Şurası miqrasiya sahəsində dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verir. Belə ki, Şuranın fəaliyyətdə olduğu 9 il ərzində onun iclaslarında MDB çərçivəsində miqrasiya sahəsində əməkdaşlığın təmin edilməsi və əlaqələndirilməsi üçün mühüm qərarlar qəbul edilib.

Firudin Nəbiyev deyib: “Bildiyiniz kimi, uzun illərdir Azərbaycan Respublikasında ictimai-siyasi sabitlik hökm sürür. Son illər ərzində respublikamız yüksək sürətlə inkişaf edir, iri iqtisadi layihələr, müasir infrastruktur layihələri həyata keçirilir. Artıq neçə ildir ki, Azərbaycanda mühüm beynəlxalq tədbirlər keçirilir. Belə tədbirlər sırasında birinci Avropa Oyunlarını, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu, “Formula-1” Qran-pri yarışlarını xüsusi qeyd etmək istərdim. Bütün bunlar beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artmasının əyani nümunəsi olmaqla bərabər, Azərbaycana gələn əcnəbi vətəndaşların sayının artmasına və respublikamızda miqrasiya proseslərinin güclənməsinə təsir göstərməyə bilməzdi”. Xidmətin rəisi xüsusi vurğulayıb ki, bu günə qədər Azərbaycanda miqrantlara münasibətdə milli, etnik və dini zəmində heç bir hüquq pozuntusu faktı qeydə alınmayıb. O deyib: “Ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması da miqrasiya proseslərinə təsir göstərən mühüm amillərdən biridir”.

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixindən söhbət açan F.Nəbiyev deyib ki, bu qurumun əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətini həyata keçirmək, miqrasiya proseslərinin idarə edilməsi, tənzimlənməsi və proqnozlaşdırılması sistemini inkişaf etdirmək, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirməkdir. Bu gün strukturunda mərkəzi aparatdan əlavə 8 regional idarə, qanunsuz miqrantların saxlandığı 2 mərkəz, tibbi mərkəz və tədris mərkəzi də olan Dövlət Miqrasiya Xidməti ona ölkə rəhbərliyi tərəfindən həvalə edilmiş, həmçinin bu xidmətin Əsasnaməsində nəzərdə tutulan vəzifələri uğurla yerinə yetirir.

Firudin Nəbiyev deyib: “Dövlət Miqrasiya Xidmətinin yaradıldığı gündən miqrasiya sahəsində beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət, habelə müxtəlif ölkələrin müvafiq orqanları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, MDB çərçivəsində mövcud miqrasiya problemlərinin və digər mühüm məsələlərin həlli üçün qarşılıqlı fəaliyyət, əlaqələndirmə və qarşılıqlı anlaşma sahəsində çox uğurlar qazanılıb. Azərbaycan Respublikası MDB iştirakçısı olan dövlətlərin çoxu ilə ikitərəfli formatda da fəal qarşılıqlı əlaqə saxlayır”.

MDB Parlamentlərarası Assambleyasının daimi komissiyasının sədri, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, MDB-də miqrasiya proseslərinin tənzimlənməsi sahəsində böyük təcrübə toplanıb, miqrasiya siyasətinin əsas istiqamətlərini tənzimləyən və Birliyin miqrasiya sahəsində səlahiyyətli orqanlarının qarşılıqlı əlaqələrini təmin edən hüquqi baza yaradılıb. A.Rəhimzadə MDB Parlamentlərarası Assambleyası tərəfindən miqrasiya siyasəti sahəsində qəbul edilmiş qanunvericilik aktları barədə danışıb. O, həmçinin xatırladıb ki, Azərbaycan MDB məkanında miqrasiya məcəlləsi qəbul etmiş ilk ölkədir.

İclasa sədrlik edən Rusiya Federasiyası daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy bildirib ki, tədbirin gündəliyinə 18 məsələ daxil edilib.

Şura üzvləri Birlik ölkələrində miqrasiyanın vəziyyətini və “MDB iştirakçısı olan dövlətlərin 2015-2019-cu illər üçün qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə əməkdaşlıq Proqramı”nın 2015-ci ildə icrasının gedişini müzakirə ediblər.

MDB iştirakçısı olan dövlətlərin vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bankının yaradılması, habelə həmin məlumat bankı haqqında əsasnamənin işlənib hazırlanması məsələsinə dair işçi qrupunun iclasının nəticələri nəzərdən keçirilib.

İclasda vətəndaşsızlıq hallarının azaldılması sahəsində Azərbaycan Respublikasının təcrübəsi, Belarus Respublikası miqrasiya orqanlarının ölkədə yaşamanın leqallaşdırılmasının bir üsulu kimi əcnəbi və vətəndaşlığı olmayan şəxslərin saxta nikahlarının aşkarlanması təcrübəsi, habelə Birlik dövlətlərinin ərazilərinə fövqəladə qaydada kütləvi axın edən şəxslərin qəbulu təcrübəsi müzakirə olunub.

Bundan əlavə, miqrasiya sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın vəziyyəti, MDB ölkələrində əmək fəaliyyətinin həyata keçirilməsi üçün əməkçi miqrantların mütəşəkkil qaydada cəlb olunmasının ümumi prinsip və mexanizmlərinin reallaşdırılmasına dair ikitərəfli sazişlərin hazırlanmasının gedişi və Birlik ölkələrinin miqrasiya sahəsində üçüncü ölkələrlə bağladığı beynəlxalq müqavilələr barədə söhbət gedib.

Qanunsuz miqrasiya kanallarının aşkar edilməsi, pasportların, giriş vizalarının, MDB iştirakçısı olan dövlətlərin ərazisinə giriş-çıxış və ölkədə olma zamanı istifadə edilən digər sənədlərin texniki və s. mühafizəsi üsullarının təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Şura üzvləri MDB iştirakçısı olan dövlətlərin vətəndaşlarının qarşılıqlı səfərləri üçün əlverişli şərait yaradılması təcrübəsini, Birlik ölkələrinin ərazisinə daxil olan üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin vahid uçot sisteminin yaradılması işinin gedişini və miqrasiya sahəsində əməkdaşlığı tənzimləyən MDB dövlətlərinin hüquqi aktlarının inventarlaşdırılması məsələsini müzakirə ediblər.

Bakıda MDB iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclası keçirilib [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində