Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB - 2 VİDEO

Bakı, 22 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən iqtisadi inkişafın dayanıqlılığını və davamlılığını təmin edə biləcək mühüm bir sənəd kimi dəyərləndirilən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi"ndə nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi vurğulanıb.

AZƏRTAC xəbər verir ki, bu sahədə mövcud problemlərin həlli yollarını araşdırmaq, qabaqcıl təcrübədən bəhrələnməklə müvafiq tövsiyələrin hazırlanması məqsədilə Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının təşkilatçılığı ilə sentyabrın 22-də "Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda 15 ölkənin 65 qurumundan 150 nümayəndə iştirak edib.

Konfransda çıxış edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son dövrlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan, yenidənqurma və quruculuq işlərindən, hesabatlılıq və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışıb. Bildirib ki, dünyada baş verən hadisələri izləyərkən şəffaflığın pozulmasının, korrupsiyaya qarşı mübarizənin zəif olmasının dünyanın bir çox ölkələrində təlatümlü problemlər yaratdığını, sosial gərginliyi artırdığını, bütövlükdə iqtisadi tərəqqinin qarşısını aldığını görürük.

Ziyad Səmədzadə deyib ki, Azərbaycanda iqtisadi islahatların yeni mərhələsinin başlanması ilə əlaqədar gərgin işlər aparılır. Strateji yol xəritəsi mühüm fundamental sənəddir, iqtisadi inkişafın, sosial həyatın bütün sahələrini əhatə edir. Bu yaxınlarda aparılan monitorinq və qiymətləndirmələr bir daha sübut edir ki, Azərbaycanda dövlət nəzarət sistemi uğurla davam etdirilir, sistemin təkmilləşdirilməsi istiqamətində cəsarətli addımlar atılır. Bütün bunlar ölkəmizdə iqtisadi inkişafın, sosial tərəqqinin daha da genişlənməsinə imkan yaradacaq.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri Natiq Əmirov qeyd edib ki, 2016-cı ilin dekabrında Prezident İlham Əliyev tərəfindən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi" təsdiq olunub. Dövlətimizin başçısının iqtisadi siyasətinin, o cümlədən strateji yol xəritəsinin əsasını da hesabatlılıq və şəffaflıq prinsipi təşkil edir. Bu yaxınlarda ölkə başçısının tapşırığı ilə strateji yol xəritələrinin bu ilin altı ayında icrasının ilkin nəticələri, monitorinq və qiymətləndirmə nəticələri açıq şəkildə mətbuatda dərc olunub. Bugünkü tədbir Prezident İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirilir. Bu tədbirdə beynəlxalq nümayəndələrin iştirakı dövlətimizin başçısı tərəfindən Azərbaycanda həyata keçirilən islahatlara, o cümlədən hesabatlılıq və şəffaflıq tədbirlərinə olan diqqəti özündə ehtiva edir.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri Natiq Əmirov Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətini oxuyub.

Auditorlar Palatasının sədri Vahid Novruzov deyib: "Dünya iqtisadiyyatında baş verən təlatümlər iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını daha da artırıb ki, bunların da içərisində şəffaflığın yüksəldilməsi, bununla əlaqədar hesabatlılığın, uçotun və nəzarət sisteminin təkmilləşdirilməsi müstəsna əhəmiyyət daşıyır. Bugünkü tədbir bu problemlərin həllində ölkəmizin elmi-praktik potensialından bəhrələnmək məqsədi daşıyır".

V.Novruzov diqqətə çatdırıb ki, bugünkü tədbirdə mövcud problemlər göstərilməklə bərabər müasir şəraitdə iqtisadiyyatda hesabatlılığın və şəffaflığın səviyyəsinin yüksəldilməsi üzrə çox mühüm konkret təklif irəli sürülüb ki, onlar da konfransımızın tövsiyələrinə daxil edilib. Ümidvarıq ki, tövsiyələrin tətbiqi ölkəmizin müasirləşməsinə və zənginləşməsinə yönəldilən yol xəritəsində nəzərdə tutulan islahatların reallaşmasına öz töhfəsini verəcək və burada iştirak edən beynəlxalq qurumların nümayəndələri əldə etdiyi təcrübəni öz ölkələrində tətbiq etmək imkanı qazanacaqlar.

Azərbaycan Respublikasının baş prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, korrupsiyaya qarşı mübarizə elə bir məsələdir ki, burada ən əsas amil siyasi iradədir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində düzgün siyasi iradə mövcuddur. Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin tərkib hissəsi məhz korrupsiyaya qarşı mübarizədir. 2003-cü ildən etibarən Azərbaycan Respublikası güclü siyasi iradə nümayiş etdirərək bu sahədə mövcud olan bütün beynəlxalq və regional konvensiyalara qoşulub. Həmin bu konvensiyalara qoşulmaqla yanaşı, hətta onların bütün müddəaları Azərbaycan qanunvericiliyinə implementasiya edilib. Hazırda əminliklə deyə bilərik ki, respublikamızda korrupsiyaya qarşı mübarizə sahəsində çox mütərəqqi və müasir qanunvericilik bazası mövcuddur. Qanunvericilik məsələsi daim dinamik bir prosesdir.

K.Əliyev deyib ki, korrupsiyaya qarşı mübarizə sahəsində 2003-cü ildən bu günədək 3 dövlət proqramı qəbul edilib, onların müddəaları müvəffəqiyyətlə icra edilib. Hazırda "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üzrə ən son Milli Fəaliyyət Planı" mövcuddur. Biz hazırda onun implementasiyası ilə məşğuluq. "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üzrə ən son Milli Fəaliyyət Planı" da özündə korrupsiyaya qarşı mübarizə məsələlərini ehtiva edir.

Azərbaycanda mövcud olan güclü antikorrupsiya sahəsində siyasi iradə qanunvericilikdən başqa digər mühüm məsələlərə də söykənir. Onlar bazalar üzərində qurulub ki, bu da, ilk növbədə, idarəçilikdə şəffaflıqdır. İdarəçilikdə şəffaflıq deyəndə korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

"Prezident İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") mərkəzlərinin səmərəli fəaliyyətini xüsusi qeyd etməliyik. Əminliklə deyirəm ki, “ASAN xidmət"in yaranmasından və bu qurumun Azərbaycanın müxtəlif coğrafi ərazilərini və fəaliyyət sahələrini əhatə etdikdən sonra həmin sahələrdə korrupsiya sıfıra enib. Biz bunu gündəlik fəaliyyətdə də görürük. Əgər əvvəllər Baş Prokurorluğa bu və ya digər xidmət sahəsi ilə bağlı şikayətlər daxil olurdusa, artıq "ASAN xidmət" mərkəzlərinin əhatə etdiyi sahələrdə və regionlarda bununla bağlı bizə heç bir məlumat daxil olmur. "ASAN xidmət" mərkəzləri alternativ xidmət növüdür. "ASAN xidmət" Azərbaycan brendi kimi qəbul edilib. Prezident İlham Əliyev bu xidmətlərin inkişafına xüsusi diqqət yetirir", - deyə K.Əliyev qeyd edib.

Azərbaycan güclü iqtisadiyyata malikdir. Ölkəmizdə bütün sahələrdə inkişaf davam edir. Biz öz fəaliyyətimizdə çalışırıq ki, iqtisadi islahatların həyata keçirilməsində yaxından iştirak edək və öz təkliflərimizi verək.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov "Şəffaflığın təmin edilməsində insan kapitalı amili" mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, iqtisadiyyatda şəffaflığın artırılması və informasiyaya çıxış imkanlarının genişləndirilməsi prosesi fasiləsiz prosesdir. Bu baxımdan da bütün ölkələr üçün daim aktual mövzular sırasındadır. Azərbaycanın Strateji Yol Xəritəsində də iqtisadiyyatda şəffaflığın və açıqlığın artırılması prosesinə xüsusi yer verilib. Belə ki, qeyd olunan sənəddə fiskal siyasətin səmərəliliyinin yüksəldilməsi, qanunların icra mexanizminin təkmilləşdirilməsi istiqamətində şəffaflıq və hesabatlılıq məsələlərinə xüsusi önəm verilib. Biznes mühitinin cəlbediciliyinin artırılması və bununla bağlı konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Ə.Muradov deyib: "Tədqiqatlar göstərir ki, iqtisadiyyatın sərbəst düşüncəli və demokratik prinsiplərə yiyələnmiş peşəkar kadrları artdıqca həmin iqtisadiyyatda açıq və şəffaflıq səviyyəsi də yüksəlir. Bu gün ölkədə insan kapitalı, ilk növbədə, təhsil sistemi ilə bağlıdır və qarşıda duran əsas vəzifə kimi dayanır. Təhsil müəssisəsi insan kapitalının formalaşdırılması üzrə ixtisaslaşmış müəssisədir".

Rektor bu istiqamətdə UNEC-də görülən işlərdən bəhs edib, aparılan islahatlardan söz açıb.

"SOCAR yüksək işgüzar nüfuzuna mənfi təsir edəcək, onun bazardakı mövqeyini zəiflədəcək halların önünə keçmək üçün şəffaflığın artırılması ilə bağlı səylərini daha da artırıb. Şirkət korrupsiya ilə mübarizə fəaliyyətinin artırılması üzrə standartlar hazırlayaraq tətbiq edir. Hər bir standartda şəffaflığın artırılması əsas götürülməklə korrupsiya ilə mübarizə, bu halların minimuma endirilməsi və digər müxtəlif məqamları əks olunub", - deyə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

S.Qasımovun sözlərinə görə, SOCAR korporativ idarəetmə prinsiplərinin tətbiqi istiqamətində beynəlxalq təcrübədən yararlanır: "Bu prinsiplər əsasən SOCAR-ın idarəetmə orqanlarının vəzifə və səlahiyyətlərini müəyyən etməklə fəaliyyətindəki effektliyin artırılmasına, aparılan əməliyyatların şəffaflığının təmin olunmasına şərait yaradıb. Həmin prinsiplər həm də idarəetmənin qabaqcıl təcrübəyə uyğunlaşdırılması, fəaliyyətin səmərəliliyinin artırılması, dövlətin və digər maraqlı tərəflərin mənafelərinin qorunmasını təmin edib.

AMEA-nın müxbir üzvü Akif Musayev çıxışında aparılan islahatların iqtisadi inkişaf üçün çox vacib olduğunu deyib. Bildirib ki, iqtisadi inkişafın ayrı-ayrı mərhələlərində müxtəlif səpkili islahatların aparılması zərurəti yaranıb. Bunların əsasında 3 amil - hər bir subyekt üzrə fərdi proqram, institusional norma və qaydalar, həmçinin cəmiyyət tərəfindən bəyənilmiş strategiyalar dayanır. Hər üç amil üzrə sənədlərdə hesabatlılıq əksini tapır ki, bu da onların yerinə yetirilməsində şəffaflıq üçün çox vacib şərtdir. Aparılan islahatlar bu proqramların davamlılığından çox asılıdır.

Strateji Yol Xəritəsi qəbul olunan ərəfədə geniş ictimai müzakirələr aparılıb təklif və tövsiyələr səsləndirilib. Bütün təkliflər nəzərə alınmaqla hazırlanıb. Eyni zamanda, Strateji Yol Xəritəsində xüsusi olaraq hesabatlılıq da öz əksini tapıb ki, bu da şəffaflığın tərkib hissəsidir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, müasir dövrün mühüm tələblərindən olan hesabatlılıq və şəffaflıq məsələlərinə həsr olunan bugünkü konfrans dövlət maliyyə nəzarəti sistemində xüsusilə əhəmiyyətlidir. Belə ki, bütün ölkələrdə zəruri dövlət maliyyə nəzarəti sisteminin yaradılması dövlət quruculuğunun əsas funksiyalarından biridir və dövlətin nəzarət mexanizminin tərkib hissəsidir. Effektiv dövlət maliyyə nəzarəti sistemi hər bir dövlətin iqtisadi və maliyyə stabilliyinin və davamlı inkişafının mütləq şərtidir. Məlumdur ki, dövlət maliyyə nəzarəti sistemi daxili və kənar maliyyə nəzarətindən ibarət ikipilləli sistemdir.

Daxili dövlət maliyyə nəzarəti dedikdə icra hakimiyyəti orqanlarının və ya təşkilatların öz fəaliyyətlərinə nəzarəti başa düşülür. Bu fəaliyyəti həm funksiyalarına nəzarət səlahiyyəti də həvalə edilmiş icra hakimiyyəti orqanı, həm də müstəsna nəzarət səlahiyyəti verilmiş ixtisaslaşdırılmış orqanlar yerinə yetirə bilər. Hər iki halda bu orqanlar müəyyən mənada yuxarı icra hakimiyyəti orqanı ilə tabeçilik münasibətində olduqlarından təşkilati müstəqilliyə malik olmurlar.

V.Gülməmmədov deyib: "Kənar nəzarət isə yoxlanan təşkilata, hakimiyyət orqanına və ya təsisata münasibətdən kənar olan və onun strukturuna daxil olmayan müstəqil orqan tərəfindən həyata keçirilir. Kənar nəzarət orqanı dövlət auditini həyata keçirir, tabeli təsisat deyil, ümumdövlət xarakterlidir. O, özündə müəyyən maliyyə əməliyyatlarına gətirib çıxaran bütün qərarlar üzərində nəzarəti ehtiva edir. Dövlət auditinin və daxili maliyyə nəzarətinin fəaliyyətlərinin obyektləri, subyektləri və həyata keçirilən nəzarətin nəticələrində xeyli fərqlər var. Bununla belə, dövlət auditi və daxili maliyyə nəzarəti sıx qarşılıqlı təmasda olmalıdır, çünki bu, mövcud resurslardan daha səmərəli istifadə etməyə və bir-birinin funksiyalarını təkrarlamamağa imkan yaradır. Eyni zamanda, dövlət auditini həyata keçirən qurum həm təşkilati, həm maliyyə müstəqilliyinə malik olmalı və həyata keçirdiyi auditi dövlətin adından aparmalıdır.

"Dövlət auditinin artan əhəmiyyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 2012-ci və 2014-cü illərdə qəbul edilmiş iki Qətnaməsi ilə də bir daha təsdiq edilib. Ali Audit Qurumlarının gücləndirilməsi yolu ilə dövlət idarəetməsində səmərəliliyin, nəticəliliyin və şəffaflığın təmin edilməsi haqqında olan bu qətnamələrdə ali audit qurumlarının dövlət idarəetməsinin səmərəliliyinin, hesabatlılığının, nəticəliliyinin və şəffaflığının inkişaf etdirilməsində əsas rol oynadığı qeyd edilib. Eyni zamanda, həmin sənədlərdə vətəndaşların mənafeyi naminə dövlət vəsaitlərinin effektiv yığılması və istifadəsi sahəsində kənar nəzarət orqanının yeri və bu orqanların gücləndirilməsi zərurəti vurğulanıb", - deyə palata sədri bildirib.

"Strateji yol xəritələrinin icrası prosesi: Mərkəzi Bankın fəaliyyətində hesabatlılıq və şəffaflıq məsələləri" mövzusunda məruzə ilə çıxış edən Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev diqqətə çatdırıb ki, qabaqcıl dünya təcrübəsi də göstərir ki, korporativ idarəetmənin ən mühüm təməl prinsiplərindən biri də şəffaflıq və hesabatlılıqdır. Ən mütərəqqi korporativ idarəetmə standartlarını öz işində daim rəhbər tutan Mərkəzi Bankda bu prinsiplərə böyük əhəmiyyət verilir. Mərkəzi Bank 1996-cı ildən öz fəaliyyətində maliyyə hesabatlılıq standartlarına tam keçidi təmin edib, 2000-ci ildən etibarən ölkənin bank sektorunda bankın rəhbərliyi ilə maliyyə hesabatlarının beynəlxalq standartları tam tətbiq olunur.

Strateji yol xəritələri üzrə Mərkəzi Banka həvalə olunmuş vəzifələri iki istiqamətdə qruplaşdırmaq olar: effektiv pul siyasəti rejiminin tətbiq edilməsi və dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması. Effektiv pul siyasəti rejiminin tətbiqi iqtisadiyyatda neftin qiymətinin kəskin aşağı düşməsi ilə başlayan yenidənbalanslaşma prosesləri fonunda pul-məzənnə siyasətinin yeni çağırışlara uyğun olaraq sərtləşdirilməsi ilə bağlıdır. Mərkəzi Bank konservativ pul proqramına uyğun olaraq pul bazasının artım kanallarını nəzarətə götürüb.

"Faiz dərəcəsi alətinin transmissiya qabiliyyətinin yüksəldilməsi məqsədilə Mərkəzi Bank xüsusi monetar islahatlar proqramı hazırlayıb. Hazırda proqram Maliyyə Sabitliyi Şurası tərəfindən müzakirə olunur. Proqramın qəbulundan sonra ölkənin effektiv pul bazarının formalaşdırılması işləri başa çatdırılacaq", - deyə A.Quliyev diqqətə çatdırıb.

Dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər maliyyə bazarlarında rəqəmsallaşmanın, bazar iştirakçılarının bilik və bacarıqlarının artırılmasına yönəldilib. Bu tədbirlərin məqsədi biznes subyektlərinin maliyyə resurslarına səmərəli çıxışının təmin edilməsi və iqtisadiyyatda maliyyə inklüzivliyinin artırılmasıdır.

Alim Quliyev deyib: "Rəqəmsal ödənişlərin genişləndirilməsi ilə əlaqədar beynəlxalq "Mastercard" təşkilatı ilə ciddi əməkdaşlığa başlanılıb. Hazırda rəqəmsal iqtisadiyyatın formalaşdırılması, rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində 3 illik dövrü əhatə edən geniş fəaliyyət proqramı hazırlanıb. Yaxın zamanlarda təsdiq olunaraq icrasına başlanılacaq".

Natiq Mərkəzi Bankın həyata keçirdiyi pul-məzənnə siyasəti, valyuta tənzimlənməsi sahələrində hesabatlılıq şəffaflıq məsələlərinə, son illər bu sahədə görülmüş işlərə, qarşıda duran vəzifələrə, eyni zamanda, strateji yol xəritələri ilə Mərkəzi Bankın məsul olduğu vəzifələrə toxunub.

Konfransda "Maliyyə məlumatlarında şəffaflıq: sifarişçilərınin maliyyə auditinə etimadının yüksəldilməsi", "Korporativ idarəetmədə hesabatlılıq və şəffaflıq", "Korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditin rolu", "Yeni iqtisadi şəraitdə audit və onun tətbiqi sahələrində ictimai etimadın təkmilləşdirilməsi", "Bələdiyyələrdə şəffaflığın artırılmasında auditin rolu və əhəmiyyəti" "Audit standartlarının tətbiqi təcrübəsi", "Korporativ idarəetmənin, şəffaflığın və hesabatlılığın təmin olunmasında oynadığı vacib rol" və s. mövzularda məruzələr dinlənilib.

Konfrans çərçivəsində Azərbaycan Respublikası Auditorlar Palatası ilə Rusiya Auditorlar İttifaqı və Estoniya Auditorlar Assosiasiyası arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

"Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB - 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq