Bakıda keçiriləcək Yaponiya məhsullarının sərgisində 60-dan çox şirkət iştirak edəcək VİDEO
Bakı, 26 oktyabr, Elvin Camalov, AZƏRTAC
Bakıda keçiriləcək Yaponiya məhsullarının sərgisində 60-dan çox şirkət iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan ilə Yaponiya diplomatik münasibətlərinin 25-ci ildönümü ilə əlaqədar təşkil olunan beynəlxalq konfransda Yaponiya Məhsulları Sərgisinin (Japan Expo) Təşkilat Komissiyasının sədri Kazuyasu İşida məlumat verib.
Bildirib ki, oktyabrın 27-28-də Bakı Biznes Mərkəzində təşkil ediləcək “Japan Food Expo-2017” sərgisində 60-dan çox şirkətin məhsulları nümayiş olunacaq. Sərgidə iştirak etmək üçün Yaponiyadan 200 nəfər Bakıya gəlib.