Badamdar sürüşmə sahəsində evlərin divarlarında yeni çatlar yaranıb VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah üzvləri monitorinqləri davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, sürüşmə zonasında aparılan araşdırmaların saat 15:00-a olan nəticələrinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsi üzərində süxur qırıntılarının yola doğru hərəkəti müşahidə olunub. Ərazinin üst hissəsindəki evlərin divarlarında yeni çatlar yaranıb.