Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Badamdar sürüşmə sahəsində xırda uçqunlar və torpaq qopmaları baş verir VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvlərinin Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında apardığı monitorinqin saat 18:00-a olan nəticəsi açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə əsasən, sahədə nisbi stabil gərginlik qalmaqdadır. Divarı uçan hasarın içərisində olan tikilinin bünövrəsinin alt hissəsində torpaq qatı nəm haldadır, xırda uçqunlar və torpaq qopmaları baş verir.