Deputat Vladimir Arıyev: Bütün münaqişələrin həllinə eyni yanaşma sərgilənməlidir VİDEO
Strasburq, 28 yanvar, AZƏRTAC
Bütün münaqişələrin həllinə eyni yanaşma sərgilənməlidir. Bu, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinə aiddir. Avropada və ətraf regionlardakı münaqişələrin həlli daim Avropa Şurası Parlament Assambleyasının diqqətində saxlanılır. Amma Dağlıq Qarabağ münaqişəsinə laqeyd münasibət var.
Bu fikirləri AŞPA-nın ukraynalı deputatı Vladimir Arıyev AZƏRTAC-a müsahibəsində söyləyib.
Deputat qeyd edib ki, Avropa Şurası bu münaqişəyə beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü prizmasından yanaşmalı və onun həllinə çalışmalıdır. Amma hələlik bunun əksini görürük. Dağlıq Qarabağ münaqişəsinə dondurulmuş münaqişə kimi yanaşılır. Bunu tamamilə yanlış və təhlükəli hesab edirəm.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq