Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib YENİLƏNİB-3 VİDEO

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak ediblər.

Əvvəlcə birgə foto çəkdirildi.

Azərbaycan Prezidenti İlham Əliyev toplantıda nitq söylədi.

Prezident İlham Əliyevin
nitqi

-Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar, hörmətli dostlar.

Azərbaycana xoş gəlmisiniz, sizi görməyə çox şadam, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci toplantısında iştirakınıza görə sizə təşəkkür edirəm.

Biz 2015-ci ildə bu mühüm prosesə start verdik və Azərbaycan belə bir əməkdaşlıq formatının təşəbbüskarı oldu. Bu təşəbbüs Avropa Komissiyası tərəfindən də dəstəkləndi və beləliklə, bu proses başlandı. Biz belə toplantıların və bu nəhəng layihənin irəli aparılması ilə bağlı görülməli işlərə dair geniş müzakirələrin faydasını görürük. Mən Avropa Komissiyasına bu prosesdə fəal iştiraka görə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan və Avropa Komissiyası bu şuranın həmtəşkilatçılarıdır və bizim sıx əməkdaşlığımız yaxşı nəticələr verir. Böyük məmnuniyyətlə komissar Ottingeri salamlayıram. O, vaxtilə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı olub və Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə əməkdaşlığın möhkəmlənməsi və Cənub Qaz Dəhlizi layihəsinin irəliləməsində mühüm rol oynayıb. Bu, həqiqətən də vahid komanda işidir və ildən-ilə biz bunun nəticəsini görürük.

Mən Azərbaycanın təşəbbüskarı olduğu bütün enerji layihələrinin, xüsusilə də Cənub Qaz Dəhlizinin reallaşdırılmasında göstərilən davamlı dəstəyə görə Amerika Birləşmiş Ştatları hökumətinə minnətdarlığımı bildirirəm. Mən ABŞ və Böyük Britaniyanın yüksək səviyyəli nümayəndələrini salamlayıram. Əminəm ki, sizin töhfəniz sayəsində bu toplantının gözəl nəticələri olacaq. Mən, eyni zamanda, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində iştirak edən qonşularımız Türkiyə və Gürcüstan, habelə Avropa ölkələrindən Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadan olan nümayəndələri salamlayıram. Biz artıq bu layihənin reallaşdırılmasına məsul olan bir komandayıq.

Bildiyiniz kimi, Azərbaycan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb. Bunun nəticəsində biz Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradacağıq və mən həmin dövlətlərin nümayəndələrini də burada salamlayıram. İllik toplantılarımızda iştirak edən qonaqlarımızın sayı artır. Mənə verilən məlumata görə, burada Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələr iştirak edirlər və şadam ki, bu layihəyə maraq göstərən dövlətlərin sayı artmaqdadır.

Əlbəttə, burada şirkətləri də qeyd etmək lazımdır, çünki onların fəal iştirakı olmadan bu nəhəng layihəni reallaşdırmaq mümkünsüz olardı. Mən SOCAR və BP arasında olan sıx strateji tərəfdaşlığı xüsusi qeyd etmək istəyirəm. BP şirkəti bizim strateji tərəfdaşımız və investorumuzdur, o, Azərbaycanda 25 ildir ki, fəaliyyət göstərir. BP Azərbaycanda enerji layihələrinin icrası ilə bağlı böyük səylər göstərir və onun yatırdığı sərmayələr tərəfimizdən yüksək qiymətləndirilir. Biz Azərbaycanda enerji sahəsinin inkişafı ilə bağlı bir sıra vacib layihələr üzərində çalışırıq.

Beynəlxalq maliyyə qurumlarının güclü dəstəyi olmadan bizim birgə səylərimiz faydalı olmazdı. Bu gün toplantımızda dünyanın aparıcı maliyyə qurumlarının - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Avropa İnvestisiya Bankının nümayəndələri iştirak edirlər. Fürsətdən istifadə edərək, bu layihə ilə bağlı maliyyə töhfəsinə və bizə olan etimada görə sizlərə təşəkkür edirəm. Bizim nə qədər böyük təşəbbüs və nəhəng layihəni həyata keçirdiyimizi təsvir etmək üçün, zənnimcə, bu toplantıda iştirak edənlərin siyahısını səsləndirmək kifayət edər.

Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir. O zaman Azərbaycan nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı. Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığımızın başlanğıcı idi. O vaxt Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etdi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və 1994-cü il, əslində, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu. Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyət çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açdıq, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik. Bunun nəticəsində neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəltdik. Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq.

1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı müqavilə imzalanmışdır ki, həmin yataq Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyidir. Ümidvaram ki, bu, yeganə mənbə olmayacaq, ancaq hazırda bu, belədir. Bu, nəhəng bir qaz yatağıdır və onun təbii ehtiyatları artıq hasil və ixrac olunur.

Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq. Məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi. Bu baxımdan 1990-cı illərin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi üçün vacib məsələ idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu, tarixi hadisə idi. Bu nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdi. Biz isə ixracımızı mümkün qədər artırdıq və bu gün Bakı-Tbilisi-Ceyhan vasitəsilə digər ölkələrə də neft nəql edilir.

Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir və əlbəttə ki, Azərbaycanın regiondakı rolu artmaqdadır. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı oldu və ilk dəfə olaraq Azərbaycan beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi. Çünki o vaxta qədər biz təbii qazı idxal edirdik. Yəni, biz əsas enerji layihəsi olan Cənub Qaz Dəhlizi istiqamətində davamlı olaraq irəliləmişik və bu gün bu layihənin icrası artıq reallıqdır. Xatırlayıram ki, 2012-ci ildə Azərbaycan və Türkiyə TANAP layihəsi ilə bağlı müqavilə imzaladı və bu, Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi idi. Bir il sonra, 2013-cü ildə “Şahdəniz-2” layihəsi üzrə sərmayə qərarı qəbul edildi və elə həmin ildə Trans-Adriatik boru kəməri TANAP-ın davamı olaraq seçildi. Bütün bunlar onu nümayiş etdirir ki, biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Biz vahid komanda şəklində çalışmağımız nəticəsində uğurdan bəhs edə bilərik.

Ötən ilin fevral ayındakı sonuncu görüşümüzdən sonra iki mühüm tədbir keçirildi - biri Azərbaycanda, digəri isə Türkiyədə. May ayında Cənub Qaz Dəhlizinin, iyunda isə TANAP-ın rəsmi açılışları baş tutdu. Bunlar “Şahdəniz” yatağının istismarı və Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından mühüm hadisələr idi. Bu gün biz bu nəhəng enerji layihəsinin yekunlaşdırılmasına yaxınıq. Onun dörd elementindən üçü artıq hazırdır və istifadə olunur. TANAP layihəsinin istifadəyə verilməsindən sonra 1 milyard kubmetr qazın Türkiyə bazarına ixracı bizi məmnun edir.

Trans-Adriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var. Ötən ilin fevral ayında şura qarşısında çıxışımda TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd etmişdim. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir. Yəni, bir ildə biz böyük irəliləyişə nail olmuşuq, işlər uğurla gedir və ümidvaram ki, gələn il biz yeni nəticələr haqqında danışacağıq.

Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik - yəni, istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir. Çünki biz bir-birimizin ehtiyac və narahatlıqlarını anlamağa çalışırıq. Çalışmışıq ki, bir-birimizi dəstəkləyək, zənnimcə, bu işdə uğurlu olmuşuq və belə toplantıların əhəmiyyəti olduqca böyükdür. Çünki biz il ərzində görülən işləri nəzərdən keçirir, eyni zamanda, gələcək addımlarımızı planlaşdırır və işimizin irəlilədilməsi məqsədilə il ərzində isə ikitərəfli və çoxtərəfli görüşlər, məsləhətləşmələr və konfranslar keçiririk. Bir daha qeyd edirəm ki, Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Çünki o, həmçinin nəqliyyat marşrutlarını və mənbələri şaxələndirir. Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir və təbii ki, yeni kəmərlər inşa etməklə biz enerji marşrutlarını şaxələndiririk. Yəni, bu, tam şaxələndirmədir, əslində, bu, Avropanın enerji xəritəsini dəyişdirir və beləliklə, Cənub Qaz Dəhlizinin əhəmiyyəti artır.

Əlbəttə ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz yaxşı anlayırıq ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə, bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir.

Bu gün toplantının formatı onu nümayiş etdirir ki, biz çox geniş beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Maliyyə qurumları, şirkətlər və ölkələrin bir amalı var. Biz bu layihənin reallaşdırılmasına inanırıq və hesab edirik ki, hər birimiz üçün bu, uzunmüddətli uğur hekayəsi olacaqdır.

Azərbaycanın qaz ehtiyatlarına gəldikdə, təsdiq edilmiş ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır. Lakin, eyni zamanda, hazırda istismar prosesində olan digər yataqlar da var və düşünürəm ki, tezliklə biz “Abşeron” yatağından yaxşı nəticələr əldə edəcəyik. Əminəm ki, ən yaxın gələcəkdə biz oradan qaz hasil etməyə başlayacağıq. Böyük qaz ehtiyatına malik “Ümid”, “Babək” yataqları və digər yataqlar da çox ümidvericidir. Ona görə də mən əminəm ki, “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyi olmayacaq və yataqlarımızdan nə qədər çox qaz hasil edilsə, tərəfdaşlarımızı təchiz etmək və haqqında danışdığımız təchizat şəbəkəsini şaxələndirmək üçün daha çox potensial olacaq.

Əlbəttə ki, enerji əməkdaşlığı layihələri digər sahələrdəki əməkdaşlıqda da çox mühüm rol oynayır. Mən xüsusilə nəqliyyatı qeyd edərdim. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ölkəmizin ərazisindən keçir. Biz müasir nəqliyyat infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq. Bakı dəniz limanı, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, magistral yollar, Xəzər dəniz gəmiçiliyi, hava limanları - bütün bunlar bizim neft və qaz satışından əldə etdiyimiz gəlirlər sayəsində mümkün olub. Beləliklə, biz gəlirləri əlavə gəlir gətirəcək və ümumi işə xidmət edəcək sektorlara yönəltmişik. Çünki nəqliyyat layihələri, eləcə də enerji layihələri ölkələri birləşdirir. Ölkələr əlaqəli, qarşılıqlı şəkildə bir-birindən asılı olur və hər kəs mənfəət əldə edir. Ona görə də biz enerji təhlükəsizliyi layihələrinin faydasını digər sahələrdə görürük.

Əlbəttə ki, Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan ölkə kimi təqdim etməyə imkan verib. Bizim enerji şirkətləri ilə bütün müqavilələrimiz parlament tərəfindən ratifikasiya olunur və qüvvəyə minir. Bu səbəbdən də investorlar 100 faiz əmin olurlar ki, bu müqavilələrdə bir söz belə dəyişdirilməyəcək. Bu, etimad yaradır. Bu, həmçinin bizə digər sektorlara milyardlarla investisiya cəlb etməyə imkan verib.

Azərbaycana yatırılmış investisiyaların ümumi həcmi 250 milyard dollara yaxındır. Bunun yarısı xarici investisiyalardır. Bu, bizə iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verib. Dünya Bankının sonuncu “Doing Business” hesabatına əsasən Azərbaycan 25-ci yerdədir. Beləliklə, biz möhtəşəm uğur qazanmışıq və biznes mühiti nöqteyi-nəzərindən 10 ən islahatçı ölkədən biriyik.

Enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində biz infrastruktura, sosial infrastruktura böyük həcmdə investisiya yatırmağa, əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq. Ona görə də bu layihə bizim üçün, əminəm ki, hamımız üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

Şadam ki, bu gün biz uğurlar, nəticələr barədə danışa bilirik və sözsüz ki, bu gün biz gələcək planlar barədə də danışacağıq.

Sizə uğurlar arzulayıram. Bizimlə birgə olduğunuza görə sizə təşəkkür edirəm.

X X X

Azərbaycanın energetika naziri Pərviz ŞAHBAZOV dedi:

-Cənab Prezident, icazə verin, Məşvərət Şurasının üzvləri adından Sizə bizim prioritetlərimiz və vəzifələrimizə bir daha diqqət çəkən əhatəli çıxışınıza görə dərin minnətdarlığımızı ifadə edim. Məşvərət Şurasının iclaslarında Sizin daimi iştirakınız və davamlı dəstəyiniz bu qurum yaranandan onun işinə istiqamət verib. İnanıram ki, Sizin rəhbərliyinizlə Məşvərət Şurasının hazırkı iclası həm də Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı mühüm məsələlərin müzakirə olunacağı forum kimi xidmət edəcək.

Cənab Prezident, icazə verin, iştirakınıza və çıxışınıza görə bir daha Sizə minnətdarlığımı bildirim və çıxış etmək üçün sözü Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı cənab Günter Ottingerə verim.

X X X

Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger çıxış etdi.

Komissar Günter Ottingerin
çıxışı

-Zati-aliləri, hörmətli Prezident Əliyev.

Hörmətli nazir Şahbazov, nazirlər, həmkarlar, xanımlar və cənablar.

2019-cu il bizim Cənub Qaz Dəhlizi layihəsinin qalan hissələrinin maliyyələşməsi baxımından əhəmiyyətli il olacaq. Mən ötən ilin mayında baş tutmuş ilk qaz mərasimindən sonra Bakıda keçirilən neft-qaz konfransında Avropa İttifaqı adından iştirak etmək şərəfinə nail olmuşam. Azərbaycan qazı TANAP vasitəsilə artıq buradan Türkiyəyə nəql edilir. Biz Azərbaycan qazının yaxın gələcəkdə, - ümidvarıq ki, gələn il, - Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik. Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsinin mümkün qədər tez tamamlanması üçün əlindən gələni edəcək.

Bu dəhliz strateji əhəmiyyətə malikdir, çünki o, təkcə təchizat marşrutlarının deyil, həm də təchizat mənbələrinin şaxələndirilməsinə imkan verəcək. Təchizat mənbələri deyəndə “Şimal Axını 2” və ya “Türk Axını”, yeni mənbələr deyəndə isə Cənub Qaz Dəhlizi - Azərbaycan və Avropa İttifaqı nəzərdə tutulur. Gələcəkdə təchizat səviyyəsinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə inkişaf etdirmək üçün hər iki element bərabər şəkildə vacibdir.

Bu gün biz təkcə geriyə baxmaq istəmirik, biz gələcəyə baxmalıyıq. Cənub Qaz Dəhlizi təkcə Avropanın enerji şaxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb etmir. O, həm də dəhliz boyunca yerləşən ölkələrdə və onların hüdudlarından kənarda dinamik proseslərə start verib. Söhbət təkcə qazdan deyil, daha çox məsələlərdən - qonşuluq və tərəfdaşlıqdan gedir. Bu, Məşvərət Şurasının beşinci toplantısıdır. Fürsətdən istifadə edərək, mən 2014-cü ildə həmkarım, vitse-prezident Şefçoviçlə birgə Şuranı təsis etdiyinə görə Prezident Əliyevə və bu illər ərzində hər il keçirilən tədbirə ev sahibliyi etməklə Azərbaycanın nümayiş etdirdiyi möhtəşəm qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Mən səmimi qəlbdən inanıram ki, Məşvərət Şurası bu layihənin inkişaf etdirilməsində mühüm rol oynayıb. O, çağırışlarla birlikdə məşğul olunmasını təmin etmək üçün bütün tərəfləri bir araya gətirib. Bugünkü uğur həm də layihədə iştirak edən, onun tikintisinə maliyyə vəsaiti ayıran şirkətlərin, eləcə də maliyyə institutları - Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və başqalarının peşəkarlığı sayəsində mümkün olub. Biz tezliklə deyə biləcəyik ki, 3500 kilometr uzunluğunda kəmər rekord zaman kəsiyində, müxtəlif ölkələrdən keçməklə və smetada nəzərdə tutulandan az vəsait sərf olunmaqla tikilib. Bu cür iddialı infrastruktur layihələri çox deyil. Bu, tarixi layihədir.

Cənub Qaz Dəhlizi sayəsində, - lakin təkcə bunun sayəsində deyil, - Azərbaycan Avropa İttifaqı üçün əsas strateji tərəfdaşdır. Bu il biz Şərq Tərəfdaşlığının 10 illiyini qeyd edirik. Azərbaycan hələ də bir sıra iqtisadi çətinliklərin öhdəsindən gəlməyə çalışan Şərq Tərəfdaşlığı regionunda öz inkişafı ilə mayak rolunu oynayan, inkişaf etməkdə olan, orta gəlir səviyyəli ölkədir. Azərbaycan güclü artım tempinə malik ölkədir və çağırışların öhdəsindən inamla gəlir. Azərbaycan, həmçinin öz iqtisadiyyatının şaxələndirilməsi ilə fəal şəkildə məşğul olur. Bu, açıq-aşkar sizin əməkdaşlığı genişləndirə biləcəyiniz sahədir.

Həqiqətən, ötən ilin iyulunda Azərbaycan birgə tərəfdaşlıq prioritetlərini irəli sürüb, onlar artıq ratifikasiya olunub və 2018-ci ilin oktyabrında qüvvəyə minib. Hazırda Avropa İttifaqı Avropa qonşuluq aləti çərçivəsində prioritetlərin birgə həyata keçirilməsini dəstəkləmək üçün maliyyə mexanizmi hazırlayır. Tərəfdaşlıq prioritetləri həm də mühüm enerji fəslini əhatə edən, hazırda haqqında danışıqlar apardığımız genişləndirilmiş razılaşmanın gələcək icrası üçün zəmin yaratmağa kömək edəcək. Biz artıq bu danışıqlarda əhəmiyyətli irəliləyişə nail olmuşuq. Bu həftə Məşvərət Şurasına paralel olaraq, səmərəli ticarət danışıqları aparılır.

Azərbaycan enerjini istehsal və ixrac edən mühüm ölkədir. Avropa İttifaqı bunu yaxşı bilir. SOCAR Cənub Qaz Dəhlizi kontekstində təkcə öz müasir texnologiyasını və “nou-hau”sunu təklif etmir, eyni zamanda, Cənub Qaz Dəhlizində və onun hüdudlarından kənarda, həm Avropa İttifaqında, Qərbi Balkan ölkələrində və həm də bizim tərəfdaşımız olan Türkiyədə çox vacib bir sərmayədardır. Onun biznes modeli neft və qazın hüdudlarını aşaraq hazırda emal fəaliyyəti və neft-kimya sənayesinədək genişlənir. Ona görə də Azərbaycan ortaya böyük enerji təcrübəsi qoyur ki, Avropa İttifaqı bundan yalnız faydalana bilər.

Biz başa düşürük ki, enerji məsələsi bu gözəl ölkə üçün xüsusilə həssas məsələdir və öz narahatlıqlarımızı və sizin narahatlıqlarınızı nəzərə almağa hazırıq. Lakin biz həm də yeni tərəfdaşlıq razılaşması kontekstində Avropa İttifaqının normativ-hüquqi bazasına hörmət etməliyik. Mən eşitməyə məmnunam ki, dünənki enerji danışıqları mahiyyət etibarilə irəliləyişə imkan verdi. Enerji sahəsində irəliləyiş hər iki tərəfə, həmçinin qalan digər sahələrdə danışıqları yekunlaşdırmağa imkan verməlidir. Bu, bizə əhəmiyyətli hissəsi ticarət üzrə aparılan danışıqları tamamlamağa və 2019-cu ilin sonlarına yaxın komissiyamızın səlahiyyət müddətinə kömək etmək imkanını verəcək.

Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzrə danışıqlara dair yanaşmanın Cənub Qaz Dəhlizi layihəsinə dair yanaşmaya bənzər olması, əməkdaşlıq və qarşılıqlı etimad ruhunda aparılması mühüm əhəmiyyət kəsb edir. Mən əminəm ki, biz hər iki tərəfi qalibə çevirən zəruri kompromisləri tapa biləcəyik və güclü tərəfdaşlar arasında bu, belə də olmalıdır.

Azərbaycanın enerjidən savayı, çox mühüm geosiyasi rolu da var və ölkənin yerləşdiyi məkan ona nəinki beynəlxalq enerji qovşağı kimi, eyni zamanda, mühüm nəqliyyat qovşağı kimi də fəaliyyət göstərmək imkanı verir. Azərbaycan öz limanlarına və dəmir yolu şəbəkələrinə sərmayə yatırır. Azərbaycan Avropa İttifaqına Mərkəzi Asiyaya və Çinə çıxış əldə etmək üçün mühüm bir yol açır.

Məşvərət Şurası müxtəlif ölkələri və təşkilatları öz işinə cəlb edən nadir çoxtərəfli bir platformadır. Təşkilatçılar arasında maraqların vaxtaşırı dəyişə bilməsinə baxmayaraq, onların hamısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasına ehtiyac duyur və ümumi həllər naminə çalışır. Hesab edirəm ki, Cənub Qaz Dəhlizi layihəsinin tamamilə işlək vəziyyətdə olmasına baxmayaraq, bu cür uğurlu regional əməkdaşlıq formatını tərk etməzdən öncə düşünmək lazımdır. Məşvərət Şurası, yəni, biz hamımız çevik dəyişən enerji aləmində vacib müzakirə forumunu təşkil etməyə davam edə bilərik. Biz hamımız enerji keçidinin çoxsaylı çağırışları ilə üz-üzə qalmışıq. Avropa İttifaqı Azərbaycan kimi, Paris İqlim Sazişinə qoşulub və burada səbəb bütün Avropa üçün təmiz enerji mənbələrinin qəbul edilməsidir. Beləliklə, Avropa İttifaqı nəinki özünün 2030-cu ilə qədər enerji və iqlim hədəflərinə çatmaq üçün töhfə verir və təmiz enerjiyə keçid dönəmində rəhbərlik nümayiş etdirir, eyni zamanda, yeni enerji sistemlərimizin gələcəkdə necə fəaliyyət göstərəcəyinə dair dəyişiklikliyə hazır olmaq üzərində çalışır. Fakt etibarilə Avropa İttifaqı artıq 2030-cu ildən sonrakı dönəmə nəzər yetirir.

Ötən ilin noyabr ayında komissiya müasir, rəqabətədavamlı və iqlimə münasibətdə neytral olan iqtisadiyyat üzrə özünün uzunmüddətli strategiyasını dərc edib. Uzunmüddətli baxış 2050-ci ilə qədər iqtisadiyyatımızın necə dekarbonizasiya edilməsi üçün müxtəlif ssenariləri nəzərdən keçirir, bu da iqlim dəyişikliyinə qarşı səmərəli mübarizə aparmaq istədiyiniz təqdirdə zəruridir. Təmiz enerjiyə keçid kontekstində qaz gələcək illər və onilliklər ərzində mühüm əhəmiyyət kəsb edən keçid enerjisi olaraq qalacaq. Avropa İttifaqında biz orta və uzunmüddətli perspektivdə qaza tələbatımızın vaxt getdikcə demək olar ki, sabit qalacağını gözləyirik. Çünki bizim yerli resurslarımız gözləndiyindən daha tez tükənir. Məsələn, Niderlandı götürək. Tədricən baş verən dekarbonizasiya üçün yeni və innovativ konsepsiyalar tələb olunacaq. Nəqliyyat və istilik təchizatı sektorları üçün elektrofikasiyanın artacağı gözlənilir. Lakin biz, eyni zamanda, daha ənənəvi enerji mənbələrinin hidrogen, yaşıl qaz, yeni enerji mənbələrinə konvertasiyanı müşahidə etməkdəyik və bu da bizə mövcud enerji infrastrukturlarına arxalanmağa davam etmək imkanını yarada bilər. Biz nəinki Paris İqlim Sazişi üzrə üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirmək üçün qanunlarımızı dəyişirik, Avropa İnvestisiya Bankı kimi, Avropa maliyyə institutları bu transformativ dəyişikliyin önündə gedirlər.

Biz Azərbaycanın enerji resurslarından başqa sahələrdə də bu təşkilatlarla əməkdaşlıq etmək marağında olduğunu anlayırıq. Kənd təsərrüfatı məhsullarının emalına, ağıllı şəhərlərə, su idarəetməsinə, yol, dəniz və dəmir yolu dəhlizlərinə, habelə ölkənin rəqəmsal infrastrukturuna sərmayə yatırmaqla Azərbaycan iqtisadiyyatının gələcək şaxələndirilməsi ilə bağlı böyük imkanlar mövcuddur. Avropa İttifaqı enerji məsələlərində, məsələn, neft və qaz üzrə əməkdaşlığa sadiq olduğu qədər Azərbaycanın şaxələndirmə planlarını da dəstəkləyir.

Biz öz tərəfdaşımız və qonşu ölkələrimiz üçün enerji daşıyıcıları üzrə etibarlı enerji tərəfdaşı olmağa hazırıq. Bu tərəfdaşlığa görə sizə təşəkkür edirik. Burada çox etibarlı komandamız var. Gəlin, birlikdə işləməyə davam edək. Mən bu gün məhsuldar müzakirələr və fikir mübadilələrinin aparılmasını səbirsizliklə gözləyirəm. Avropa İttifaqı burada olmaqdan şaddır. Sağ olun.

X X X

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işini plenar sessiya ilə davam etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib  Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib  YENİLƏNİB-3 VİDEO

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH