Ermənistan silahlı qüvvələrinin bölmələri minaatanlardan istifadə etməklə atəşkəs rejimini 20 dəfə pozub VİDEO

Bakı, 17 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatandan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Tovuz rayonunun Əlibəyli kəndində, Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Cəvahirli, Acarlı, Mərzili, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [13:45]
Bakıda Azərbaycan və Qazaxıstan hərbi nümayəndə heyətləri görüşüb
- 16.05.2025 [12:33]
Hərbi xidmətdə yaş həddi tətbiq olunmayan şəxslərin dairəsi genişləndirilir
- 16.05.2025 [12:03]
MN: Silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib
- 15.05.2025 [15:26]
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
- 14.05.2025 [11:47]
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
- 14.05.2025 [08:33]