SİYASƏT


Birinci vitse-prezident Mehriban Əliyeva Bakının UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi münasibətilə xalqımızı təbrik edib

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakı şəhərinin 31 oktyabr - Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Təkrarsız tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən Bakı şəhəri 31 oktyabr - Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Paytaxtımızın tarixi üçün əlamətdar olan bu hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm, ölkəmizin bütün şəhərlərinə sülh, inkişaf, tərəqqi, mehriban, qonaqpərvər sakinlərinə isə xoşbəxtlik və firavanlıq arzulayıram!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.