Azərbaycan Dövlət İnformasiya Agentliyi

İspaniya ictimaiyyəti Azərbaycan həqiqətləri haqqında məlumatlandırılıb VİDEO

Madrid, 27 dekabr, AZƏRTAC

İspaniyada geniş auditoriyaya malik olan “Radio Inter” kanalının “Dünya xəbərləri” verilişi canlı yayımda Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun müsahibəsini yayımlayıb.

Müsahibə zamanı verilişin aparıcısı, “Grupo Internacional de Medios” informasiya vasitələri şirkətinin prezidenti Karlos Penyalosa Azərbaycanın yerləşdiyi region, əhalisinin sayı, iqtisadi göstəriciləri, xarici siyasətinin prioritet istiqamətləri, Azərbaycan-İspaniya diplomatik münasibətlərinin yaranma tarixi, ölkələr arasında əlaqələrin hazırkı vəziyyəti barədə suallar ünvanlayıb.

Sualları cavablandıran səfir Anar Məhərrəmov Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olduğunu, ölkəmizin qədim İpək Yolunun mühüm hissəsi olmaqla, Şərq-Qərb və Şimal-Cənub yollarının kəsişməsində yerləşdiyini, eləcə də irimiqyaslı enerji, nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısı olduğunu diqqətə çatdırıb.

2019-cu ilin aprel ayında Azərbaycan əhalisinin sayının 10 milyona çatdığını bildirən səfir demoqrafik göstəricilərin sürətlə artmasının məhz dövlət başçısı İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin, Azərbaycanda iqtisadi inkişaf, sabitlik, səhiyyə və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərin, aparılan islahatların nəticəsi olduğunu qeyd edib. O, 2018-ci il üzrə ölkəmizdə ümumi daxili məhsulun, əhalinin hər nəfərinə düşən ÜDM-in artdığını, ölkədə inflyasiya dərəcəsinin minimum həddə olduğunu diqqətə çatdırıb.

Xüsusi olaraq vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və xalqımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon işğal edilib, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının xarici siyasət prioritetlərinə ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzün bərpa edilməsi, milli maraqlarımızın beynəlxalq müstəvidə təmin edilməsinə xidmət edən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi daxildir.

Azərbaycan və İspaniya arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu bildirən Anar Məhərrəmov 2017-ci ildə iki ölkə arasında bu əlaqələrin 25 illiyinin qeyd edildiyini, 2005-ci ildə Madrid şəhərində Azərbaycan səfirliyinin açılmasının ikitərəfli əlaqələrin inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Azərbaycan və İspaniyanın beynəlxalq gündəlikdə duran bir çox məsələlərdə, o cümlədən beynəlxalq terrorizm, ekstremizm və separatçılıqla mübarizədə eyni mövqedən çıxış etdiyini məmnunluqla bildirən səfir İspaniya Hökumətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına tam dəstəyini ifadə etdiyini, eyni zamanda, ölkəmizin İspaniyanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bildirib.

Azərbaycanla İspaniya arasında siyasi müstəvidə əlaqələrin yüksək səviyyədə olduğunu bildirən səfir cari ilin 13 iyun tarixində Bakı şəhərində Azərbaycan və İspaniyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin bunun təcəssümü olduğunu qeyd edib, iki ölkə arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. İspaniyanın “Enegas” şirkətinin TAP layihəsinin səhmdarlarından (16 faiz) biri olduğunu, habelə 2017-ci il dekabrın 19-da SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu və İspaniyanın “Tecnicas Reunidas” şirkəti arasında zavodun yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (layihələndirmə, satınalma və tikinti) müqaviləsinin, habelə 2019-cu ilin may ayında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və İspaniyanın "JV TPF Getinsa Euroestudios - Auxitec Tecnica Y Control" şirkəti arasında Texniki Nəzarət üzrə Məsləhət xidmətlərinin satınalınması ilə bağlı müqavilənin imzalandığını qeyd edən səfir Anar Məhərrəmov bu baxımından iqtisadi əlaqələrin müsbət tendensiya üzrə qurulduğunu bildirib.

Səfir iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin rəmzi kimi Azərbaycan Respublikasının diplomatik xidməti orqanlarının 100 illik yubileyi (1919-2019) münasibətilə ölkəmizin İspaniyadakı səfirliyinin təşəbbüsü ilə İspaniya Krallığının Diplomatik Məktəbinin həyətində ağacəkmə aksiyasının baş tutduğunu qeyd edib.

Müsahibə zamanı Anar Məhərrəmov milli mətbəximizin nümunələri, o cümlədən plov, dolma və lavaş barədə məlumat verib.

Müsahibənin sonunda səfir radionun efiri vasitəsilə Milad və Yeni il bayramları ilə bağlı təbriklərini çatdırıb.

Qeyd edək ki, “Radio Inter” radio kanalının “Dünya xəbərləri” verilişi gündəlik həyatda aktual olan beynəlxalq münasibətlər, siyasi və iqtisadi mövzulara həsr olunur. Həftənin bazar ertəsi günləri yayımlanan veriliş İspaniyada geniş dinləyici auditoriyasına malikdir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

İspaniya ictimaiyyəti Azərbaycan həqiqətləri haqqında məlumatlandırılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub