Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Minskdə Həzi Aslanovun 110 illiyi təntənəli şəkildə qeyd edilib

Minsk, 20 fevral, AZƏRTAC

Azərbaycanın Belarusdakı səfirliyi Minskdə, Belarus Dövlət Böyük Vətən Müharibəsi Muzeyində Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi ilə bağlı təntənəli yığıncaq keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə yüksək səviyyəli dövlət rəsmiləri, parlament üzvləri, Belarusda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Belarus Ali Hərb Məktəbinin və Fövqəladə Hallar Nazirliyinin kursantları, yerli ictimaiyyətin nümayəndələri və diaspor təmsilçiləri iştirak ediblər.

Səfirliyin təşkilatçılığı və MDB İcraiyyə Komitəsinin dəstəyi ilə keçirilən tədbirin açılışında Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib.

Tədbirin aparıcısı Həzi Aslanovun hərbi təhsil illəri və Böyük Vətən müharibəsi dövründə keçdiyi şərəfli döyüş yolu barədə məlumat verib.

Sonra çıxış edən səfir Lətif Qəndilov bu tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixində Həzi Aslanovun anadan olmasının 110 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə imzaladığı Sərəncama əsasən və böyük Qələbənin 75 illiyi çərçivəsində qeyd olunduğunu söyləyib. 2020-ci ildə keçirilməsi nəzərdə tutulan bu tədbirlərin Böyük Qələbənin 75 illiyi ilə üst-üstə düşməsi Azərbaycan dövlətinin, xalqının, onun rəhbərliyinin və şəxsən İlham Əliyevin bu tarixi günə nə qədər böyük önəm verməsinin göstərici olduğunu xüsusi olaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanda Böyük Vətən müharibəsinin xatirəsinə aid hər bir abidənin dövlət tərəfindən qorunduğunu və xalqımız tərəfindən ona qayğı göstərildiyini qeyd edib. “Biz Həzi Aslanov kimi qəhrəmanlarımızın timsalında gənc nəslimizi yetişdiririk”, - deyən səfir Lətif Qəndilov 1941-ci ildə 3 milyon əhalisi olan Azərbaycandan Böyük Vətən müharibəsində iştirak etmək üçün 600 mindən çox azərbaycanlının cəbhəyə getdiyini, onlardan 300 mininin Böyük Qələbənin əldə olunması uğrunda canlarını fəda etdiklərini bildirib. “Bu isə döyüş bölgələrindən uzaq yerləşən ölkənin 10 nəfərindən birinin həlak olması deməkdir”, - vurğulayan səfir Böyük Vətən müharibəsi illərində 128 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, onlardan 14-nün isə bilavasitə Belarusun azad olunmasında iştirak etdiyini qeyd edib. Belarusun azad edilməsi üçün, ümumilikdə, 20 mindən çox azərbaycanlının öz canlarından keçməsi barədə məlumat verib.

Səfir bildirib ki, ortaq Qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz xidmətləri olub. Xalqımız arxa cəbhədə də qəhrəmanlıq göstərərək Böyük Vətən müharibəsi zamanı cəbhənin tələb etdiyi yanacağın 80 faizini, sürtkü yağlarının 90 faizini, bundan əlavə isti geyim, ərzaq və silah-sursatla təmin edib. Xalqımız, həmçinin cəbhəyə bir tondan çox qızıl və 10 tondan çox gümüş göndərib. Səfir Azərbaycan Hərb Məktəbinin təmsilçiləri “Rus artilleriyasının atası” ləqəbini daşıyan general-leytenant Əliağa Şıxlınskinin və artilleriya generalı Səməd bəy Mehmandarovun qoyduğu ənənələrin Həzi Aslanov tərəfindən layiqincə davam etdirildiyini bildirib.

L.Qəndilov Həzi Aslanovun qəhrəmanlığını öz sözləri ilə yox, həmin dövrdə qəhrəmanımız barədə mətbuatda yayılmış çoxsaylı məqalələrdən yalnız birindən kiçik hissəni oxumaqla tədbir iştirakçılarının diqqətinə çatdırıb. Stalinqrad cəbhəsinin “Sın Oteçestvo” qəzetinin 13 yanvar 1943-cü il nömrəsi yazırdı: “Tank əməliyyatlarını piyada qoşunu və artilleriya ilə necə əlaqələndirmək lazım olduğunu polkovnik Həzi Aslanovun qvardiyasının hissələrindən öyrənmək lazımdır. Qoy, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş bacarığı bizim digər hissələr üçün də nümunə olsun”.

L.Qəndilov “Baqration” əməliyyatının gedişində Həzi Aslanovun 35-ci qvardiya tank briqadasının başında Vileyka, Borisov, Smorqon və Minsk şəhərlərini azad etdiyini bildirib. Səfir Həzi Aslanovun Vileyka şəhərini alman faşistlərindən bir güllə atmadan azad etməsinin onun böyük və istedadlı sərkərdə olmasının bariz nümunəsi olduğunu söyləyib. L.Qəndilov yalnız 1944-cü ilin iyul ayında Həzi Aslanova Ali Baş Komandan İosif Stalin tərəfindən 8 dəfə təşəkkür elan edildiyini xatırladıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanımızın qorxmaz və heç bir çətinlik qarşısında geri dönməyən bir şəxs olduğunu, məhz bu xüsusiyyətlərə malik şəxsin 34 yaşında general-mayor rütbəsinə layiq görülməsinin mümkün olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən V.Quminski bildirib ki, keçmiş SSRİ-nin çoxsaylı xalqlarının birlikdə çətin sınaqlardan keçərək faşizm üzərində Böyük Qələbə qazanmaları ilə fəxr edirik. Bu tarixi fəxrimizin yaddaşlarda qorunub saxlanması bizim mənəvi borcumuzdur. Keçmiş SSRİ ölkələri arasında Böyük Vətən müharibəsi abidələrinin dağıdılmasının müşahidə olunduğunu və bunun qəbuledilməz olduğunu söyləyib.

Müdafiə nazirinin müavini Sergey Patapenko çıxış edərək SSRİ xalqlarının çiyin-çiyinə döyüşdüklərini və Azərbaycan oğul və qızlarının qəhrəmanlıqları ilə fərqləndiklərini bildirib. S.Patapenko ətraflı şəkildə Həzi Aslanovun döyüş və həyat yolu barədə məlumat verib. Həzi Aslanovun Stalinqradda mühasirəyə düşmüş Paulusun ordusuna köməyə gedən general Manşteynin qarşısını necə kəsdiyi haqqında və Baqration əməliyyatının həyata keçirilməsində göstərdiyi şücaət və qəhrəmanlıqlar barədə fəxrlə danışıb.

Belarus XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Miqidoviç nazirliyin kollektivi adından və şəxsən öz adından Belarusun azad olunmasında iştirak etmiş Azərbaycanın qəhrəman oğlu Həzi Aslanovun 110 illiyinin keçirilməsinə görə təşəkkürlərini bildirib. O, Həzi Aslanovun ölməz qəhrəmanlıqları ilə Böyük Vətən müharibəsinin şərəfli səhifələrini yazdığını söyləyib. Həzi Aslanovun rəhbərliyi ilə təkcə Belarusun Borisov şəhərinin azad edilməsi əməliyyatında düşmənin 8 min nəfər şəxsi heyətinin məhv edildiyini xatırladıb: “Belarus xalqı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovu hörmətlə xatırlayır. Belarusun tarixinə qardaş Azərbaycandan olan qəhrəmanların adları əbədi şəkildə yazılmışdır”. İ.Miqidoviç Belarusun Böyük Vətən müharibəsindən sonra bərpa olunmasında da Azərbaycan xalqının aktiv iştirak etdiyini xüsusi vurğulayıb və buna görə öz təşəkkürünü bildirib.

“Belaya Rus” ictimai birliyinin sədri Qenadi Davıdko öz çıxışında Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun ruhu qarşısında baş əymək üçün burada yığışdıqlarını söyləyib. O, səhnədən asılmış 14 Sovet İttifaqı Qəhrəmanının şəklinə işarə edərək bildirib: “Vətən onlardan həyatlarını istədi, onlar da tərəddüd etmədən verdilər”. Azərbaycan qəhrəmanlarının Belarusun faşist işğalından azad olunmasında xüsusi rol oynadıqlarını bildirib. Belarusun müharibədən sonrakı dövrdə bərpa olunmasında azərbaycanlıların iştirakını bir daha xatırlayaraq, müasir dövrdə Azərbaycan liderinin Belarusa göstərdiyi yardımdan və dəstəkdən ətraflı danışıb. O, belə bir məqama toxunaraq söyləyib ki, dövlət başçılarımız arasında əsl səmimi insani dostluq var. Onun sözlərinə görə, Həzi Aslanovun ekranda təqdim olunan şəkillərinə baxanda qorxmaz insanın romantik gözlərini görürük, bu isə bütün azərbaycanlılara xas olan xüsusiyyətdir. Biz səhnədə ki, şəkillərdən bizə baxan azərbaycanlı qəhrəmanlara minnətdarıq deyə çıxışını bitirib.

Belarus Veteranlar Cəmiyyətinin sədri İvan Qordeyçik tədbirin keçirilməsinə görə səfirliyə təşəkkürünü bildirib. O qeyd edib ki, biz Azərbaycanla sıx şəkildə əməkdaşlıq edirik. Biz hamımız başa düşürük ki, Sovet İttifaqı Qəhrəmanı olmaq nə deməkdir. Əhalisinin üçdəbir hissəsi cəbhəyə gedən Azərbaycanın 128 Sovet İttifaqı qəhrəmanı vardır. Azərbaycan əhalisinin üçdəiki hissəsi isə cəbhəni zəruri məhsullarla, xüsusilə yanacaqla təmin edib. O, tədbir iştirakçılarının diqqətini alman faşistlərinin Bakının neftinə can atmalarının təsadüfi olmaması faktına cəlb edib. Arxa cəbhədə olan azərbaycanlıların cəbhə üçün və faşizm üzərində Qələbənin əldə olunması uğrunda əllərindən gələn hər şeyi etdiklərini söyləyib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəhrəmanlığının onun döyüşçüləri üçün də nümunə olduğunu bildirib. Həzi Aslanovun qələbəyə inam ruhunu onlara da aşılaya bildiyini və onun döyüşçülərinin rəhbərlik tərəfindən çoxlu sayda orden və medallarla təltif edildiyini söyləyib. Sonuncu tank döyüşdən çıxana qədər Həzi Aslanovun hər zaman döyüşdə qaldığını qeyd edib və “Bax, Həzi Aslanov budur”, - deyə vurğulayıb. Belarus xalqı azərbaycanlı Həzi Aslanov qarşısında baş əyir. İ.Qordeyçik Azərbaycan xalqının öz qəhrəmanlarına belə böyük hörmətlə yanaşdığına görə çox sevindiyini bildirib.

Səfir L.Qəndilov sonda bir daha çıxış edərək tədbirdə iştirak etdiklərinə görə hər kəsə öz təşəkkürünü bildirib və bu tədbirin yalnız Həzi Aslanovun deyil, Böyük Qələbənin əldə olunmasında həlak olanların və müharibə iştirakçılarının xatirəsinə də həsr edildiyini bildirib. Səfir qeyd edib ki, Həzi Aslanovun ruhu buradadır, o, 75 il bundan əvvəl heç vaxt inanmazdı ki, vətəni Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunacaq. Biz çox təəssüf edirik ki, bütün dünyanın gözü qarşısında bu işğal davam etməkdədir.

L.Qəndilov Azərbaycan qəhrəmanlarının xatirəsini əziz tutduqları üçün Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərinə görə Belarus xalqına və Prezident Aleksandr Lukaşenkoya təşəkkürlərini səsləndirib. Tədbirin davamında Həzi Aslanova həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdirilib. Tədbir iştirakçıları filmləri böyük maraqla izləyib və alqışlarla qarşılayıblar.

Tədbir iştirakçıları, eyni zamanda, Belarusun azad olunmasında iştirak etmiş Sovet İttifaqı Qəhrəmanı olan 14 azərbaycanlının şəkillərindən ibarət stendlə tanış olub və birgə fotoşəkil çəkdiriblər. Tədbirin sonunda səfirlik tərəfindən ziyafət təşkil olunub.

Tədbir Belarusun sb.by internet səhifəsində, “Belarus Seqodnya” qəzetində işıqlandırılıb, CTB və MИР televiziya kanallarında isə geniş süjetlər təqdim olunub.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan İƏT-in İstanbulda keçirilən nazirlər konfransının sessiyasında təmsil olunub

İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans başa çatıb YENİLƏNİB VİDEO

Dörd il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub

Azərbaycan gimnastları beynəlxalq turnirdə gümüş medal qazanıblar

Robert Kurto: Bakı Təşəbbüs Qrupunun sayəsində Yeni Kaledoniya öz problemini beynəlmiləlləşdirə bilib

Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi yeni inkişaf erasında qazanılacaq uğurlarımızın formuludur – Təhlil

Azərbaycan basketbol millisinin heyətində dəyişiklik edilib

Gürcüstanın Baş naziri və Türkiyənin Tbilisidəki səfiri regional layihələri müzakirə ediblər

Polşada ikinci Azərbaycan Evi açılıb

Pedaqoji Universitetin filiallarında Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər keçirilib

® Rəna Soltanova: Sevinirik ki, “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyi olaraq keçirdiyimiz layihələrdən faydalananlar çoxdur

Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin bərpasına başlanılıb

Deputat: Xocalı qətliamına bütün dünya siyasi-hüquqi qiymət verməlidir

Tunç Demirtaş: Türkiyə də, Azərbaycan da hər zaman müstəmləkəçiliyə qarşı çıxış edən dövlətlər olub

Azərbaycan gimnastı: Finala çıxdığım üçün özümü əla hiss edirəm

Keçmiş döyüşçü: Qara qaya yaxınlığında dəhşətli mənzərənin şahidi olduq

Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

Harri Potter haqqında serialın premyerası 2026-cı ildə olacaq

Azərbaycan rusiyalı turistlərin ən çox ziyarət etdikləri ölkələrin ilk beşliyinə daxildir

Fərid Şəfiyev: Ermənistan yenidən hər hansı təxribatlara əl atarsa, bizim cavabımız proporsional olacaq

Ümumi cərrah: Öd kisəsində olan patologiyalarla bağlı müraciətlər çoxalıb

Fənn olimpiadalarının yarımfinalında Naxçıvan üzrə 338 şagird biliyini sınayıb

ADPU-da yazıçı Varisin “Qırmızı ləçəklər” romanı müzakirə olunub

Xocalı sakini: “Heç kəs Xocalı soyqırımını yaxınlarını itirmiş insanlardan daha yaxşı anlaya bilməz”

“Neftçi” “Turan Tovuz”la oyunda qələbəni əldən verib

İqor Korotçenko: Fransa Cənubi Qafqaz regionundan sıxışdırılıb çıxarılan Rusiyanı əvəz etməyə başlayıb

Gözdən Əlillər Cəmiyyətinin hesabat yığıncağı olub

Londonda COP29-a hazırlıq haqqında məlumat verilib

Keniya Respublikası Baş prokurorunun ölkəmizə səfəri başa çatıb

Xocalı soyqırımı tarixi dərs kimi yaddaşımızda qalacaq

Rəcəb Tayyib Ərdoğan: Dünya Qarabağda törədilən qırğınlara qarşı heç bir tədbir görmədi VİDEO

İşə düzəlməyimdə dil biliklərim mənə kömək oldu – “Yüksəliş” qalibinin uğur hekayəsi

Azərbaycanın iki gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Türk Dövlətləri Təşkilatı vahid güc mərkəzinə çevrilir ŞƏRH

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edib

Baronessa Emma Nikolson: Azərbaycanın COP29-a çox gözəl ev sahibliyi edəcəyini düşünürəm

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub VİDEO

Roma Papası səhhətindəki problem səbəbindən görüşlərini ləğv edib

Eldar Səmədov: Xocalı soyqırımında itkin düşənlərin sayının 200-ü keçəcəyi ehtimal olunur

Naxçıvanda piyada vurulub

La Liqanın prezidenti Mbappenin “Real Madrid”ə keçidini təsdiqləyib

Qazaxıstanda baş verən yanğında 4 uşaq ölüb

Toy mərasiminə hazırlaşan kənd sakini avtomobil qəzası nəticəsində dünyasını dəyişib

Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda kifayət qədər yüksək döyüş hazırlığına malik Silahlı Qüvvələr yaradıb - ŞƏRH

Makron G7-nin Ukrayna ilə bağlı sammitində iştirak etməyəcək

Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert olub

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icmaların sədrlərinin birinci toplantısı keçirilib

Milli Kitabxanada “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı sərgi təşkil olunub

Ukraynalı ekspert: Xocalı soyqırımı bir insanlıq faciəsidir

Rusiyalı politoloq: Ermənistanın KTMT ilə əlaqələrini kəsməsi Parislə razılaşdırılıb

Azərbaycanlı müəllifdən qeyri-adi kitablar

Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib

Türkiyədə fəlakət zonasının bərpasına 110 min işçi cəlb olunub

Laosda 1075 nəfər “denge” qızdırmasına yoluxub

Millinin baş məşqçisi: Kosovo ilə matçda əvvəlki səhvləri təkrarlamamağa çalışacağıq

Bakıda I Azərbaycan Endouroloji Simpoziumu keçirilir

İstanbulda Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunub

Hindistanda dəhşətli yol qəzası: 22 nəfər ölüb, 10 nəfər yaralanıb

“Şən Elf və cadugər” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində

Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli filmin təqdimatı olub YENİLƏNİB VİDEO

Prezident mükafatçısı: Növbəti məqsədim “Yüksəliş” müsabiqəsində iştirak etməkdir

Fənn olimpiadalarının yarımfinalında Şəki-Zaqatala bölgəsi üzrə 860 şagird iştirak edib

Alimlər 240 milyon illik heyrətamiz “əjdaha” fosili tapıblar

Qəbələdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Mübariz Əsgərov: Kütləvi məzarlıqlar aşkar ediləndən Xocalıda itkin düşmüş 13 nəfərin taleyi ilə maraqlanırıq

Dağlıq və dağətəyi rayonlarda qar yağacaq

“Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib

Reza Deqati: Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görülür

Fahrettin Altun: Türkiyənin müdafiə sənayesinin uğurları hərbi çəkindirmə potensialına töhfədir

Gürcüstanın Ticarət-Sənaye Palatasının baş direktoru David Aptsiauridən

Çin millisinin yeni baş məşqçisi bəlli olub

Rusiya millisinin məşqçisi: Lunyov “Qarabağ”da karyerasının ən yaxşı dövrünü yaşayır

A.A.Əli Zadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Portuqaliya fermerlərə dəstək üçün 204 milyon avro ayırıb

Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər VİDEO

FHN: Ötən sutka ərzində 18 halda yanğına çıxış olub

Uran və Neptun planetləri ətrafında üç yeni peyk aşkarlanıb

Türkiyə XİN: Ankara Ukraynada uzunmüddətli və ədalətli nizamlanmanın tərəfdarıdır

Bloomberg: Ukraynaya yardım məsələsi Avropanı parçalayıb

Sergey Naqornyak: Sivil dünyanın Xocalı faciəsini unutmağa haqqı yoxdur

London Kiyevə 300 milyon dollardan çox vəsait ayıracaq

Valensiyada yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Husilərin hücum etdiyi yük gəmisi batmaq təhlükəsi ilə üzləşib

“Qəbələ”nin baş məşqçisi istefa verib

İtaliya, Kanada və Belçika liderləri Kiyevə gəlib

ABŞ Yəməndə husilərin yeddi qanadlı raketini vurub

Mübariz Əsgərov: Növbəti faciələrin baş verməməsi üçün unutqan olmamalıyıq

Hadruta 30 il əvvəl götürdüyü gəlinciklə qayıtdı...

Xalq rəssamı Cəmil Müfidzadənin rənglər dünyası

Eldar Səmədov: Bütün itkin vətəndaşlarımızın taleyi ilə sona qədər maraqlanacağıq

Siyasi cığallıq

Aygün Əliyeva: Xocalıda tapılan kütləvi məzarlıq haqqın, ədalətin səsidir

Sənətkarlar diyarı Şəkidə yaradıcı gənclər əl işlərini ilk dəfə nümayiş etdiriblər VİDEO

Naxçıvan Muxtar Respublikası ərazisində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək

İranlı narkotacirlərin ölkəmizdəki növbəti narkokuryeri saxlanılıb

Şirvanda oğurluq edən iki nəfər saxlanılıb

“The Boys”un növbəti mövsümünün nümayiş tarixi açıqlanıb

Yaşadığımız ağrı-acıları qazandığımız tarixi Zəfərin sevinci əvəz edib - Xocalı faciəsinin şahidi